Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsi Zəfər gününə həsr edilmiş tədbir keçirdib

Noyabrın 6-da Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsi Zəfər gününə həsr edilmiş tədbir keçirdib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda baş tutan tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədri Araz Paşayev, şəhid, qazi ailələri,institutların Həmkarlar Təşkilatının sədrləri iştirak edib. […]

Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə  Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirildi. Öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, eləcə də Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, […]

Havadan karbon qazını uda bilən toz

ABŞ-ın Berkli Universitetinin alimləri atmosferdən karbon qazını (CO2) rekord səviyyədə uda bilən toz hazırlayıblar. Hazırda atmosferdən karbon qazının çox miqdarda yığılması prosesi olduqca baha başa gəlir. Bununla belə, prosesin effektivliyi də sual altındadır. Qeyd edək ki, CO2 qazı atmosferdə parnik effektinin əsas katalizatorudur. Qlobal istiləşmə və iqlim dəyişmələrinin əsas səbəblərindən biri də budur. Tədqiqatçıların 30 […]

COP29-un yeni versiyada rəqəmsal məlumat platforması istifadəyə verilib

11-22 noyabrda Bakıda keçiriləcək COP29 konfransının rəsmi rəqəmsal məlumat platformasının yenilənmiş versiyası istifadəyə verilib. Təkmilləşdirilmiş versiyada olan vebsayt COP29 konfransı ilə bağlı maraqlı tərəflərin əhatəli məlumatla təmin olunmasına xidmət edir. Konfrans iştirakçıları, yerli və beynəlxalq media, ictimaiyyət üçün iqlim konfransına dair ən aktual məlumatları operativ şəkildə təqdim edən yeni vebsayt inklüzivlik və müyəssərlik tələbləri nəzərə alınaraq hazırlanmışdır. […]

Azərbaycan “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”də təmsil olunub

Noyabrın 1-də Əl-Fərabi adına Qazax Milli Universitetində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS” Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı ilə “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024” keçirilib. Pre-sammitin açılış panelində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Azərbaycan elm və ali təhsili barədə təqdimatla çıxış edib. Paneldə, həmçinin Azərbaycan ilə […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin noyabr ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı və “Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında” […]

Faydalı linklər