Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycan Elm Fondu müsabiqə elan edir

Azərbaycan Elm Fondu təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübə keçilməsində iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə 14-cü “Mobillik qrantı” müsabiqəsini elan edir. Bu barədə […]

Riyaziyyat və Mexanika İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. Tədbiri institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq müəssisədə işləyən xanım əməkdaşları və onların timsalında bütün Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara cansağlığı və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. M.Mərdanov […]

Elm və təhsil naziri Türkiyənin bir neçə ali təhsil müəssisəsində olub

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində bu ölkənin bir neçə aparıcı ali təhsil müəssisəsini ziyarət edib. 27-28 fevral tarixlərində nümayəndə heyəti Türkiyənin İstanbul Texniki Universitetinin rektoru Hasan Mandal və Koç Universitetinin rektoru Metin Sitti ilə görüşüb. Görüş çərçivəsində tərəflər universitetlərarası əməkdaşlıq perspektivlərini müzakirə edib. Həmçinin sözügedən universitetlərin maddi-texniki […]

Bu gün Od çərşənbəsidir.

Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan […]

Nazir Türkiyədə təhsil alan azərbaycanlı doktorantlarla görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Türkiyəyə səfəri çərçivəsində İstanbul Texniki Universitetində Türkiyədə doktorantura təhsili alan azərbaycanlı tələbələrlə görüşüb. Görüşdə Emin Əmrullayev ali təhsil sistemində son ildə baş vermiş dəyişikliklər, xüsusilə Qarabağ Universitetinin və Türkiyə-Azərbaycan Universitetinin yaradılması, xaricdə təhsil proqramının müddətinin 2028-ci ilədək uzadılması və s. barədə məlumat verib. Nazir bildirib ki, indi xaricdə doktorantura […]

“Elm” qəzetinin növbəti sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin fevral ayında sonuncu sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər” başlıqlı xəbər yer alıb. Bugünkü sayın ilk səhifələrində “Yeniləşən Akademiyanın yeni formatda illik Ümumi yığıncağı” adlı yazı və AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin ideya müəllifi […]

Faydalı linklər