26/09/2013
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu Azərbaycan Milli Elmlər Akademiyası sistemində fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin, yaradıcı kollektivlərin elmi fəaliyyətini stimullaşdırmaq, həmçinin Azərbaycan Respublikasında fundamental və tətbiqi xarakterli elmi-tədqiqatları daha da inkişaf etdirmək məqsədilə 2013-cü il üçün müsabiqə elan etmişdi. Müsabiqəyə […]
24/09/2013
24.09.2013 tarixində saat 11:30-da akademik A.C.Hacıyevin rəhbərliyi altında “Harmonik analizin müasir problemləri” adlı elmi seminarın növbəti iclası olacaqdır. Məruzəçi: prof. R.M.Rzayev Mövzu: “Hamarlığı ölçən – maksimal funksiyalar” Arzu edənlər iştirak edə bilərlər. Riyazi analiz şöbəsi Xülasə İşdə hamarlığı ölçən – maksimal funksiyalar və metric -xarakteristikalar daxil edilir, onların müəyyən xassələri öyrənilir.
20/09/2013
TÜRKİYE BİLİMSEL ve TEKNOLOJİK ARAŞTIRMA KURUMU (TÜBİTAK) xarici yüksək lisans (master olmaq istəyən) tələbələrinə təqaüd verməyə başlayıb. Ətraflı məlumata saytın ingilis versiyasında baxa bilərsiniz.
18/09/2013
18.09.2013-cü il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunun akt zalında Avropa Elmlər Akademiyası və Latviya Elmlər Akademiyasının akademiki, “Kompozit materiallar mexanikası” jurnalının baş redaktoru Vitaut Petroviç Tamujun “Kompozit materiallar: keçmişdə, indi, gələcəkdə” mövzusunda məruzəsi olmuşdur. Məruzədə müxtəlif sahələrdə (tikintidə, təyyarə və kosmik aparatların hazırlanmasında və s.) kompozit materialların rolundan, gələcək perspektivlərdən danışılmışdır. Sonda İnstitut əməkdaşları […]
11/09/2013
Məruzənin annotasiyası: Burada kommutativ hiperqruplarda verilmiş ümumiləşmiş Riss potensialları təyin edilir və bu potensiallar üçün Hardi-Littvuld-Sobolev teoremini ümumiləşdirən Nakai-Simutomo tipli teorem verilir. Alınmış nəticə həmin potensialların Lebeq fəzasından Orliç fəzasına məhdud təsir etdiyini göstərir.
11/09/2013
РЖ. Математический анализ.2013 №5. – электр. издание. Прикладная математика и механика.2013 Т.77. В 3. Математические заметки. 2013.Т.93.В6. РЖ. Механика деф.тв.тела. 2013. №6. Доклады РАН. 2013. Т450. №4. Доклады РАН. 2013. Т450. №5. Доклады РАН. 2013. Т450. №6.