Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Havadan karbon qazını uda bilən toz

ABŞ-ın Berkli Universitetinin alimləri atmosferdən karbon qazını (CO2) rekord səviyyədə uda bilən toz hazırlayıblar. Hazırda atmosferdən karbon qazının çox miqdarda yığılması prosesi olduqca baha başa gəlir. Bununla belə, prosesin effektivliyi də sual altındadır. Qeyd edək ki, CO2 qazı atmosferdə parnik effektinin əsas katalizatorudur. Qlobal istiləşmə və iqlim dəyişmələrinin əsas səbəblərindən biri də budur. Tədqiqatçıların 30 […]

COP29-un yeni versiyada rəqəmsal məlumat platforması istifadəyə verilib

11-22 noyabrda Bakıda keçiriləcək COP29 konfransının rəsmi rəqəmsal məlumat platformasının yenilənmiş versiyası istifadəyə verilib. Təkmilləşdirilmiş versiyada olan vebsayt COP29 konfransı ilə bağlı maraqlı tərəflərin əhatəli məlumatla təmin olunmasına xidmət edir. Konfrans iştirakçıları, yerli və beynəlxalq media, ictimaiyyət üçün iqlim konfransına dair ən aktual məlumatları operativ şəkildə təqdim edən yeni vebsayt inklüzivlik və müyəssərlik tələbləri nəzərə alınaraq hazırlanmışdır. […]

Azərbaycan “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”də təmsil olunub

Noyabrın 1-də Əl-Fərabi adına Qazax Milli Universitetində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS” Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı ilə “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024” keçirilib. Pre-sammitin açılış panelində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Azərbaycan elm və ali təhsili barədə təqdimatla çıxış edib. Paneldə, həmçinin Azərbaycan ilə […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin noyabr ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı və “Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında” […]

“Sabahın alimləri” XIV respublika müsabiqəsinə qeydiyyat başlayıb

Oktyabrın 31-də “Sabahın alimləri” XIV respublika layihə müsabiqəsinə qeydiyyat başlayıb. Müsabiqə ABŞ-nin “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində keçiriləcək. Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri elmi axtarışlara sövq etmək, həmçinin 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, […]

Tarixdə bir ilk: göz implantı həyata keçirildi

Neuralink şirkətinin həmtəsisçisi Max Hodak tərəfindən təsis edilmiş “Science Corporation” şirkəti tarixdə bir ilkə imza ataraq görmə qabiliyyətini itirmiş insanlar üçün hazırladığı göz implantını təqdim edib. İmplant makuladistrofiyadan (yaşlı insanlarda görmənin zəifləməsinin əsas səbəblərindən biri) əziyyət çəkən pasientlər üçün nəzərdə tutulub. Çox kiçik ölçüdə olan Prima adlı naqilsiz cihaz cib kompüteri və eynək ilə birlikdə […]

Faydalı linklər