Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Cənubi koreyalı yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

2024-cü il üzrə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülən yazıçının adı açıqlanıb. Nobel Komitəsi oktyabrın 10-da Cənubi Koreyadan olan Han Kanqın ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüldüyünü elan edib. Onun ən məşhur əsərləri 2016-cı ildə Beynəlxalq Buker Mükafatını qazandığı “Vegetarian”, həmçinin “İnsan aktları” və “Ağ kitabdır”. 2018-ci ildə onun “Əlvida” novellası Kim Yuçjun mükafatını, 2023-cü […]

İlk dəfə Azərbaycanın 2 ali təhsil müəssisəsi “Times Higher Education dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil olub

Oktyabrın 9-da Birləşmiş Krallıqda keçirilən “Dünya Akademik Sammiti” çərçivəsində dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən “THE Dünyanın ən yaxşı universitetlərinin reytinqi”nin nəticələri açıqlanıb.İlk dəfə Azərbaycan 2 ali təhsil müəssisəsi (Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) ilə sözügedən qlobal reytinqdə təmsil olunur.Bakı Dövlət Universiteti 2021-ci ildən […]

Təhsilin İnkişafı Forumu keçirilib

Oktyabrın 8-də Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən Təhsilin İnkişafı Forumu keçirilib. “Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə təşkil olunan forumun keçirilməsində əsas məqsəd dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına töhfə verməkdir. Forum dövlət-özəl tərəfdaşlığı, təhsilin […]

Fizika sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

2024-cü il üzrə Fizika sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb. Nobel Komitəsi oktyabrın 8-də ABŞ-ın Prinston Universitetindən Con Hopfild və Kanadanın Toronto Universitetindən Ceofrey Hintonun 2024-cü il üzrə Kimya sahəsində Nobel mükafatına layiq görüldüklərini elan edib. Onlar bu mükafata süni neyron şəbəkələri ilə maşın öyrənməsinə imkan verən kəşflər və ixtiralara görə layiq görülüblər. […]

Azərbaycan “Dünya Akademik Sammiti”ndə təmsil olunacaq

Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən Birləşmiş Krallıqda təşkil olunan “THE Dünya Akademik Sammiti”ndə Azərbaycan elm və ali təhsilinə həsr olunan panel sessiya keçiriləcək. 7-9 oktyabr tarixlərində Birləşmiş Krallığın Mançester şəhərində “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyi tərəfindən “THE Dünya Akademik Sammiti” keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən 500-dən çox […]

Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

Amerikalı alimlər Viktor Ambros və Qeri Ruvkunun 2024-cü il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülüblər. Onlar bu mükafata mikro RNT-nin kəşfi və onun posttranskripsiya gen tənzimləməsində rolunun tədqiqinə görə layiq görülüblər. Qeyd edək ki, Viktor Ambors 1953-cü ildə Nyu-Hempşir ştatının Hannover şəhərində anadan olub. MikroRNT-i (miRNT) kəşf edən amerikalı bioloq Massaçusets Universitetinin Tibb […]

Faydalı linklər