Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Bu gündən “Nobel həftəsi” başlayır

Oktyabrın 7-dən “Nobel həftəsi” başlayır. Oktyabrın 7-də fiziologiya və ya tibb üzrə qalibin adı elan ediləcək. Oktyabrın 8-də fizika, 9-da kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq. Ədəbiyyat üzrə Nobel mükafatının sahibi oktyabrın 10-da bəlli olacaq. Oktyabrın 11-də sülh və nəhayət, oktyabrın 14-də iqtisadiyyat elmləri üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq. azertag.az

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Bu il Beynəlxalq Müəllimlər Günü “Müəllimlərin səslərinin qiymətləndirilməsi: təhsil sahəsində yeni ictimai razılaşmaya doğru” mövzusuna həsr olunub. Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin oktyabr ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib” başlıqlı icmal təqdim edilib. Bugünkü sayda ilk səhifələrdə 1-ci Çin azərbaycanşünaslıq beynəlxalq elmi konfransına, eləcə də “Yaşıl dünya naminə həmrəylik ili” və “COP 29”a həsr olunmuş toplantı ilə bağlı yazılar […]

Yerin maqnit sahəsi barədə yeni məlumatlar əldə edilib

Maqnit sahəsi Yer planetində həyatın mövcudluğu üçün vacibdir. Maqnit sahəsi planetimizi kənardan gələn zərərli zərrəciklərdən qoruyur. İndiyədək alimlər Yerin maqnit sahəsinin 3,5-4 milyard il əvvəl, planet soyumağa başladıqdan sonra formalaşdığını iddia edirdilər. Bu hipotez məhdud biliklərə əsaslanırdı. Bu günlərdə ictimaiyyətə elan edilmiş tədqiqatlarda isə göstərilir ki, Yerin maqnit sahəsi 3,7 milyard il əvvəl, planetin formalaşmasından […]

Azərbaycanlı alimlərin “Scopus” bazasındakı göstəriciləri yüksəlib

2024-cü ilin ilk 8 ayında Azərbaycanlı alimlərin “Scopus” elmmetrik verilənlər bazasında göstəricilərində ötən ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpan artım müşahidə olunub. Bu göstəricilərə istifadəçi sayı, dərc olunan elmi işlərin sayı, elmi işlərin sitatları, sahə üzrə istinad təsiri, məqalələrin dərc olunduğu jurnalların keyfiyyəti və beynəlxalq əməkdaşlıq aiddir. Belə ki, “Scopus”dakı istifadəçi sayı təkcə bu ilin […]

“Dövlət orqanlarının struktur qurumlarında onlara həvalə edilmiş funksiyalar nəzərə alınmaqla təminedici və yardımçı struktur bölmələrin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 825-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram: “Dövlət orqanlarının struktur qurumlarında onlara həvalə edilmiş funksiyalar nəzərə alınmaqla təminedici və yardımçı struktur bölmələrin siyahısı” təsdiq edilsin (əlavə olunur). “İcra hakimiyyəti […]

Faydalı linklər