Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Alimlər kvant hesablamalarında mümkünsüzə nail olublar!

Alimlər kvant məlumatının əsas vahidləri olan kubitləri qorumaq üçün lazer işığına uğurla nəzarət etməklə kvant hesablamalarında böyük irəliləyiş əldə ediblər. Kanadanın Waterloo Universitetinin tədqiqat qrupu, kvant məlumatının struktur blokları olan qubitləri idarə etmək üçün istifadə olunan lazer işığına nəzarət etməyin bir yolunu tapıb. Bu böyük irəliləyiş, kubitlərin sıfırlanması, ölçülməsi və ya silinməsi zamanı onların təhlükəsizliyini […]

Müəllimsiz ilk süni intellekt sinfi açıldı

Londonun “David Game College”ində süni intellekt dəstəkli müəllimsiz ilk sinif istifadəyə verilib. “Sabrewing” adlanan bu proqram tələbələrin fərdi ehtiyaclarına uyğun tədris təcrübəsi təqdim edir. Tələbələr ənənəvi tədris metodlarından fərqli olaraq öz inkişaf tempinə uyğun təhsil alacaqlar. “Sabrewing” proqramı tələbələrin ənənəvi tədris üsullarından uzaq olan süni intellekt dəstəkli platformalarla təhsil almalarına şərait yaradır. Həmçinin evdə öyrənmə […]

Alimlərin maddi mükafatlandırılması həyata keçirilir

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların maddi mükafatlandırılması həyata keçirilir. Mükafatlandırmanın həyata keçirilməsində əsas məqsəd alimlərin maddi rifahının yüksəldilməsi, onların fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılmasıdır. Cari ilin iyul ayından başlayaraq Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyində olan elmi müəssisələrdə çalışan və elmi […]

“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması” üzrə alt-qrupunun növbəti iclası keçirilib

Sentyabrın 30-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elm və Təhsil Nazirliyinin rəhbərlik etdiyi “İnsan kapitalı” işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması” üzrə alt-qrupunun nazirlikdə növbəti iclası keçirilib. İşçi qrupun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev […]

Təhsilin İnkişafı Forumu keçiriləcək

Oktyabrın 8-də Gülüstan sarayında 300 nəfər dövlət və özəl sektor nümayəndəsinin iştirakı ilə “Tərəfdaşlıqdan tərəqqiyə” şüarı ilə Təhsilin İnkişafı Forumu keçiriləcək. Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı, Kapital Bank, STP Şirkətlər Qrupu, “Bestcomp Group” və “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu, SOCAR, “British Petroleum” və “Lenovo”nun […]

27 Sentyabr – Vətən müharibəsinin başladığı gün və Anım Günüdür

Bu gün Vətən müharibəsinin başlamasından dörd il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Dörd il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumuz torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başlayıb. Rəşadətli Azərbaycan Ordusu 30 il işğalda qalan […]

Faydalı linklər