Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Nüvə tullantıları üçün dünyanın ilk daimi anbar sahəsi hazırlanır!

Nüvə enerjisi və elektrik stansiyalarında ən əsas problemlərdən biri nüvə tullantılarıdır. Finlandiya bu problemi həll etmək üçün dünyanın ilk daimi anbar sahəsini hazırlayır.Bu layihə üçün seçilən yer “Onkalo” adlı yeraltı anbar olacaq. Onkalo, Finlandiyanın Olkiluoto adasındakı 3 nüvə reaktorunun yaxınlığında və paytaxt Helsinki-dən təxminən 240 kilometr aralıda yerləşir. 2025-ci ildə və ya gələn il keçirilməsi […]

Google insan səsi sayəsində xəstəliyi təyin edə biləcək süni zəka üzərində çalışır

Google şirkəti müasir süni zəka sistemlərinin imkanlarını genişləndirməyə qərar verib. Belə ki, şirkət hal-hazırda xəstəliklərin erkən əlamətlərini insanın çıxardığı səslər vasitəsilə təyin edə biləcək süni zəka texnologiyası üzərində çalışır. Bu cür nailiyyəti əldə etmək yolunda Google süni zəka modelini 300 milyon audio nümunə vasitəsilə təlimatlandırıb. Süni zəkanın təlimatlandırılması prosesində istifadə edilmiş səs nümunələri özlərində öskürək […]

Alimlər, buzlaqlarda donmuş qədim viruslar aşkar ediblər!

Tibet-dəki buzlaqları tədqiq edən alimlər, qədim zamanlardan bəri donmuş virusların mövcudluğunu aşkar ediblər.Tibet-dəki nəhəng buz təbəqəsindən çıxarılan bu 300 metrlik buz nüvəsilə bağlı tədqiqatçılar, bunun “Yerin 41.000 il ərzində istiləşdiyi və soyuduğu dövrə aid saf şəkilləri” olduğunu söyləyiblər. Tədqiqata rəhbərlik edən OSU tədqiqat köməkçisi ZhiPing Zhong, “Bu araşdırmadan əvvəl virusların Yer kürəsinin iqlimindəki genişmiqyaslı dəyişikliklərlə […]

NASA Arktikada buz qatının altında kəşfiyyat işləri aparacaq sualtı robotlar hazırlayıb

NASA Arktikada buz qatının altında kəşfiyyat işləri aparacaq sualtı robotlar hazırlayıb. “IceNode” adlanan layihə buz qatının ərimə sürətini təyin etməyə kömək edəcək avtonom robotlar parkının yaradılmasını nəzərdə tutur. NASA-nın Cənubi Kaliforniyadakı Reaktiv Sürət Laboratoriyasının mühəndisləri Alyaskanın şimalındakı küləkli, donmuş Bofort dənizinin ucqar bir hissəsində qalın buz təbəqəsindəki dar bir çuxurdan aşağıya baxaraq robotu sınaqdan keçiriblər. […]

İnsan şüurunu idarə edə bilən cihaz hazırlanıb

Cənubi koreyalı alimlər dünyada bir ilkə imza ataraq insan şüurunu idarə edə bilən cihaz hazırlayıblar. Cihazın zənn edilənin əksinə olaraq yaxşı məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulur. Belə ki, o, beynimizin necə fəaliyyət göstərdiyini aşkara çıxara bilər. Tədqiqatçılar gələcəkdə bu cihazdan hətta nevroloji xəstəliklərin müalicəsində də istifadə edilə biləcəyini söyləyirlər. “Neurodinamika üçün Nano-Minetogenetic interfeys” və […]

Yeni süni intellekt aləti vasitəsilə xərçəng hüceyrələri, nanomiqyasda aşkarlana biləcək

Çin və İspaniyadan olan tədqiqatçılar, AINU (Hüceyrə nüvəsi süni intellekti) adlı yeni süni intellekt vasitəsinin köməyi ilə xərçəng hüceyrələrini və virus infeksiyalarını nanomiqyasda aşkar etməyin mümkün olduğunu bildiriblər. Nature Machine Intelligence jurnalında dərc olunan araşdırmada, İspaniyanın Genom Tənzimləmə Mərkəzi (CRG), Donostia Beynəlxalq Fizika Mərkəzi (DIPC), Bask Regional Universiteti (UPV/EHU) və Çinin Cənubi Tibb Universitetinin alimləri, […]

Faydalı linklər