14/01/2025
Yanvarın 14-ü Azərbaycanın görkəmli riyaziyyatçısı, Əməkdar elm xadimi, akademik, riyaziyyat sahəsi üzrə ilk azərbaycanlı elmlər doktoru, professor Zahid Xəlilovun doğum günüdür. Xəlilov Zahid İsmayıl oğlu, funksional analiz, diferensial tənliklər, elastikiyyət nəzəriyyəsi və neft mexanikası sahələrində tanınmış dünya şöhrətli alim,14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Borçalı mahalında anadan olmuşdur. 1929-cu ildə Tiflis şəhərində Nəriman Nərimanov adına […]
13/01/2025
Ümumdünya İqtisadi Forumun (WEF) mütəxəssisləri iş proseslərinə süni zəkanı inteqrasiyasının ehtimal olunan nəticələri barəsində hesabatı təqdim ediblər. Mütəxəssislər bu hesabatda ilk dəfə olaraq süni zəkanın iş proseslərinə inteqrasiyasının effektini müsbət faktor hesab etməyiblər. Hesabata əsasən 2030-cu ilə kimi süni zəkanın təsiri nəticəsində dünyanın ən böyük şirkətlərinin 41%-də iş yerlərinin ixtisarı baş verəcək. Daha öncə süni zəka […]
10/01/2025
“2024-cü ildə xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi üzrə ən çox tanınan sənədlər Türkiyəyə aiddir”. “Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb. Ötən il Türkiyə tərəfindən fəlsəfə doktoru elmi dərəcəsi üzrə verilmiş 19 sənəd tanınıb. Rusiya 9 sənəd ilə bu göstərici üzrə ikinci yerdə qərarlaşıb. […]
09/01/2025
09.01.2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Variasiya hesabında kafi şərtlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə variasiya hesabında kafi şərtlərin alınması üçün bəzi teoremlərin isbatı şərh olunub. © Bütün hüquqlar qorunur. […]
09/01/2025
Ölkəmizdə könüllü qruplar tərəfindən “Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin yaradılması və mövcud məqalələrin zənginləşdirilməsi istiqamətində səmərəli fəaliyyətlərini uğurlu şəkildə davam etdirirlər. Azərbaycan “Vikipediya” icmasının üzvləri Azərbaycan dilində olan məqalələrinin sayının çoxalması istiqamətində sistemli şəkildə çalışırlar. Artıq Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini keçib. Mövcud olan redakətlərin sayı 8 milyona çatmaqdadır. Bu ay redaktələrin sayının […]
08/01/2025
2024-cü ildə Azərbaycanda müxtəlif elmi sahələr üzrə 43 nəfər professor elmi adı alıb. “Azərbaycan müəllimi” Azərbayca Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına istinadən xəbər verir ki, ötən il texnika və tibb elmləri sahəsində professor adı alanların sayı daha yüksək olub.Texnika elmləri sahəsində 7, tibb elmləri üzrə isə 8 nəfər professor elmi adı alıb. Pedaqogika və […]