Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının ilk iclası keçirilib

Dekabrın 25-də Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) ilk iclası keçirilib. İclasın açılışında çıxış edən Şura sədri, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Şuranın fəaliyyətinin normativ-hüquqi bazası, onun əsas vəzifələri, hüquqları, fəaliyyət istiqamətləri və digər məsələlər barədə məlumat verib. İclasda Şura üzvləri tərəfindən gündəlikdə duran məsələlər barədə geniş fikir mübadiləsi […]

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağında illik hesabatlar müzakirə edildi

Dekabrın 25-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş iclası keçirildi. Əvvəlcə AMEA FRTEB-in əhatə etdiyi elmi müəssisələrin nailiyyətlərinə həsr olunmuş sərgiyə baxış oldu. Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri və […]

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. azertag.az

Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!

Elm adamları insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini araşdırıblar. Nəticələr isə beynimizin məlumatları düşündüyümüz qədər sürətli bir şəkildə emal etmədiyini göstərib. Elm adamları insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini araşdırıblar. Nəticələr isə beynimizin məlumatları düşündüyümüz qədər sürətli bir şəkildə emal etmədiyini göstərib.Araşdırmaya əsasən insan beyni, təxminən 10 bit sabit […]

Prezident İlham Əliyevin liderliyi: Azərbaycanı Qələbəyə və inkişafa aparan yol

Hər bir xalqın tarixində taleyüklü qərarlar, dönüş nöqtələri olur. Azərbaycan üçün 2003-cü il məhz belə bir tarix idi. Həmin il xalqımız düzgün seçim edərək Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Hələ 42 yaşında olan İlham Əliyev o zamandan dövlətçilik ənənələrini yaşadan, gələcəyə yön verən və müdrik idarəetmə bacarığı […]

Riyaziyyat və Mexanika İnstitutu “Elm və ali təhsilin beynəlmiləlləşməsi” sahəsində faəliyyəti ilə fərqləndiyinə görə təltif olunub

Dekabrın 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Ritz-Carlton hotelində “Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova çıxış edərək elm və ali təhsilin beynəlmiləlləşməsi baxımından tədbirin məqsədini və önəmini vurğulayıb. Elm və təhsil naziri Emin Əmrullayev çıxışında ölkə universitetlərinin beynəlxalq […]

Faydalı linklər