Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin cari il üzrə hesabatı dinlənildi

06 dekabr 2024 -cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının iclası keçirildi. İclasda “Funksional analiz” şöbəsi 2024-cü il üzrə hesabatı təqdim etdi. Sonda şöbənin hesabatı qəbul edildi, bir sıra təklif və tövsiyələr səsləndirildi. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Azərbaycan məktəbi” jurnalının 100 illik yubiley tədbiri keçiriləcək

Dekabrın 10-da Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə tədbir keçiriləcək. Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə nazirliyin rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, təhsil işçiləri və digər qonaqların iştirakı nəzərdə tutulur. Tədbirin təşkilində məqsəd artıq 100-cü ildir ki nəşr edilən jurnalın […]

“Scopus AI” ilə bağlı ilk info-sessiya keçirilib

Sessiya çərçivəsində süni intellekt əsaslı elmi məlumat axtarış sistemi – “Scopus AI” alətindən istifadə etməklə tədqiqat trendlərinin müəyyən edilməsi, xülasələrin hazırlanması, aktual mövzuların və müvafiq ekspertlərin tapılması barədə iştirakçılara məlumat verilib. Oxşar info-sessiyalar 9, 12 və 17 dekabr tarixlərində müvafiq olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Dövlət İqtisad […]

Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının cari il üzrə hesabat iclasları keçirilir

04 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının iclasında bir sıra şöbələrin cari il üzrə hesabatları dinlənilib. Tədbirdə institutun rəhbərliyi, şura üzvləri, şöbə müdirləri iştirak ediblər. İclasda «Qeyri-harmonik analiz», “Deformasiya olunan bərk cisim mexanikası”  və“Siqnalların emalının riyazi problemləri”şöbələrinin 2024-cü il üzrə hesabatları təqdim olundu. Sonda hesabatlarla bağlı […]

Alimlər nüvə saatı yaratmağa daha yaxındırlar

Amerikalı alimlər elektronların deyil, atomun nüvəsinin keçidlərini ölçən nüvə saatının yaradılması istiqamətində mühüm addım atıblar. Torium-229 izotopundan istifadə edərək, seziumdan milyon dəfə yüksək tezlikdə ultrabənövşəyi işığın həyəcanlandırdığı keçidləri müşahidə edə bildilər. Bu barədə The Conversation portalı məlumat yayıb. Dəqiq vaxt ölçmələri GPS-dən maliyyə əməliyyatlarına qədər müasir texnologiyanın əsasını təşkil edir. Bununla belə, zamanın əsas vahidi […]

Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” və “Dalğa dinamikası”şöbələrinin cari il üzrə hesabatları dinlənildi

03 dekabr 2024 -cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının iclası keçirildi. İclasda “Diferensial tənliklər” və “Dalğa dinamikası”şöbələrinin 2024-cü il üzrə hesabatları dinlənilib. Sonda hesabatlarla bağlı geniş müzakirə aparılıb, açıq səsvermə keçirilərək hesabatlar müsbət qiymətləndirilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər