Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti ilə görüş

Noyabrın 25-də Elm və Təhsil Nazirliyində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətinin tərkibində institutun direktoru akademik Qriqori Trubnikov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Otiliya-Aka Kulikov, eləcə də laboratoriya müdirləri O.Belov və N.Kuçerka təmsil olunublar. Görüşdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin Elm və ali təhsil siyasəti, Beynəlxalq əməkdaşlıq […]

Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının cari il üzrə hesabat iclasları keçirilir

27 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının iclasında bir sıra şöbələrin cari il üzrə hesabatları dinlənilib. Tədbirdə institutun rəhbərliyi, şura üzvləri, şöbə müdirləri iştirak ediblər. İclasda “Maye və qaz mexanikası” və “Riyazi fizika tənlikləri”şöbələrinin 2024-cü il üzrə hesabatları dinlənilib. Sonda hesabatlarla bağlı geniş müzakirə aparılıb, açıq […]

Riyaziyyatçı alimin mühüm elmi nailiyyətləri

2024-cü ilin yanvar ayında İspaniyanın Jaume universitetinin riyaziyyatçı alimləri Sergio Macario və Juan Font öz məqalələrində Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, professor Vüqar İsmayılovun f-r.e.n. Namiq Quliyevlə birgə aldığı nəticəni heyrətamiz nəticə (striking result) adlandırmaqla yanaşı, həmin nəticədən əsaslı şəkildə istifadə etmişlər. (https://arxiv.org/abs/2401.13008) Professor Vüqar İsmayılov il ərzində 5 dəfə dünya, Avropa və Yaponiya […]

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (“ABİD”) ilk ümumi iclası keçirilib

Noyabrın 23-də İstanbulda Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (“Azerbaycanlı Bilim İnsanları Derneği” / “ABİD”) ilk ümumi iclası keçirilib. İclas Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin və “ABİD”in birgə təşkilatçılığı ilə baş tutub. İclasda Türkiyənin Ədalət və İnkişaf Partiyasından millət […]

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi saytı istifadəyə verilib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi saytı istifadəyə verilib. Saytda elmi-tədqiqat, ali və orta ixtisas təhsili ilə bağlı məlumatlar, beynəlxalq layihələr və təhsil imkanlarına dair faydalı resurslar, normativ sənədlər və Agentliyin fəaliyyət istiqamətlərinə aid digər mövzular yer alır. Sayt ilkin mərhələdə Azərbaycan dilində istifadəyə verilib və tezliklə ingilis və rus dillərində də əlçatan […]

Prezident İlham Əliyev: “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşım edib. Paylaşımı təqdim edirik: “Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata […]

Faydalı linklər