Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Deformasiya olunan bərk cism mexanikası” şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Lətif Talıbovu 70 yaşı münasibəti ilə təbrik edirik!


Lətif Xəlil oğlu Talıblı 25 dekabr 1952-ci ildə Gürcüstanın Saqareco rayonunun Yormuğanlı kəndində anadan olub.

1968-ci ildə Gürcüstanın Saqareco rayonun Yormuğanlı kənd orta məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsinə daxil olub.  1973-cü ildə həmin universiteti “mexanika” ixtisası üzrə bitirmiş və gənc mütəxəssis kimi Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb. Həmin il institutun aspiranturasına daxil olmuş, 1976-cı ildə aspiranturanı bitirib.

1977-ci ildən indiyə qədər Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və şöbə müdiri vəzifələrində işləyib. Hal-hazırda institutun “Deformasiya olunan bərk cism mexanikası” şöbəsinin müdiri, institut elmi şurasının üzvü, institutun “Elmi əsərləri” jurnalının baş redaktorunun müavini işləyir. Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komisiyasında ekspert işləyib.

İnstitutun kollektivi Lətif müəllimi 70 yaşı olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi – pedaqoji, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

Faydalı linklər