Konfransda iştirak əyani və online formada həyata keçiriləcəkdir.
Tezislərin nəşri və sertifikatların verilməsi yalnız konfransda çıxış edən iştirakçılar üçün nəzərdə tutulur.
“Funksional analiz” şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Həmidulla Aslanovun 70 yaşı münasibəti ilə təbrik edirik!
02/11/2020
Həmidulla İsrafil oğlu Aslanov – 1950-ci ildə Şamaxı
rayonunun Cəyirli kəndində anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət
Universitetinin “Mexanika – riyaziyyat” fakültəsinə daxil olmuş, 1972-ci ildə
həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1976-cı ildə namizədlik,
1996-cı ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1997-ci ildə
professor elmi adini almışdır. Differensial operatorların spectral
nəzəriyyəsi sahəsində tanınmış mütəxəssisdir, 165-dən artıq elmi əsərin
müəllifidir. 25-dən artıq məqaləsi isə xaricdə çap edilmişdir. “Adi
differensial tənliklər və riyazi fizika tənlikləri”, “Çoxdəyişənli funksiyalar,
çoxqat, əyrixətli və səth inteqrallları”, “Meydan nəzəriyyəsinin elementləri”,
“İnteqral tənliklər, təqribi həll üsulları, EHM-də tətbiqləri”, “Riyazi fizika
tənliklərinin şəbəkə üsülü ilə həlli”, “İnteqral çevrilmələr nəzəriyyəsinin
elementləri”, “Funksional-analiz”, “Funksiyalar nəzəriyyəsi və funksional
analiz” dərs vəsaitlərinin müəllifidir. 1994-1995-ci illərdə İran İslam
Respublikasının Təbriz Universitetinə dəvət olunmuş, mü hazirələr oxumuşdur. 45 ildən artıq müddətdə
Xankəndi Pedaqoji İnstitutunda , Azərbaycan Texniki Universitetində , Bakı
Qızlar Universitetində , Bakı Dövlət Universitetində və Bakı Mühəndislər Universitetində
işləməşdir. 2006-cı ildən Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda “funksional
analiz” şöbəsinin müdiri vəzifəsində çalışır. Fizika – riyaziyyat elmləri
doktoru, professordur. 2018-ci ildən Rusiya Təbiət Elmləri Akademiyasının
xarici üzvü seçilmişdir.
İnstitutun kollektivi Həmidulla müəllimi 70 yaşı tamam
olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi
fəaliyyətində müvəffəqiyyətlər arzulayır.