02/12/2013
04.12.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin müdiri f-r.e.d., prof. Əkbər Bayram oğlu Əliyev “Dissipasiyalı qeyri xətti hiperbolik tənliklər sisteminin qlobal həllinin varlığı, yoxluğu və asimptotikası” mövzusunda məruzə edəcəkdir. Məruzədə dissipasiyalı qeyri xətti hiperbolik tənliklər sisteminin qlobal həllinin varlığı, yoxluğu üçün Fucita tipli kriteriyalar və qlobal həllərin asimptotikası haqqında alınmış nəticələr şərh olunacaq. […]
25/11/2013
25.11.2013 tarixində Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsinin seminarı baş tutmuşdur. Məruzəçi: aspirant Natiq I.Rzayev (əyani, 1ci il) Mövzu: “Dartılma-sıxılmaya müxtəlif müqavimət göstərən tir ve düzbucaqlı lövhələrin dayanıqlığı və eninə rəqsləri”
07/11/2013
13.11.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin əməkdaşı f-r.e.d. Alik Malik oğlu Nəcəfov “Sobolev – Morri tipli Wlpφβ(G) fəzasında daxilolma teoremləri” mövzusunda məruzə edəcəkdir. Məruzəçi tərəfindən Morri tipli Lpφβ(G) və Sobolev-Morri tipli Wlpφβ(G) fəzaları qurulmuşdur. Qurulan fəzalardan olan, çoxölçülü oblastlarda təyin olunmuş funksiyaların ümumiləşmiş qarışıq törəmələri üçün inteqral göstərilişi alınır. Bu inteqral göstərilişinin […]
04/11/2013
06.11.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin əməkdaşı f-r.e.d. Nazilə Bilal qızı Rəsulova “Silindrik oblastlarda qeyri-stasionar poseslərin yeni tədqiqat metodu haqqında” mövzusunda məruzə edəcəkdir. Silindrik oblastlarda qeyri-stasionar proseslərin tədqiqi, həlli çox çətin olan riyazi problemlərlə müşayət olunur. Çox sadə hallar üçün isə yalnız (məs. bütöv bircins silindr) asimptotik həllər alınmışdır. Təqdim edilən metod […]
31/10/2013
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-Harminik Analiz” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Toğrul Rafael oğlu Muradov 29 oktyabr 2013-cü il tarixində Pedaqoji Təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
29/10/2013
30 oktyabr 2013-cü il saat 10.00-da ümuminstitut seminarında BDU-nun professoru M.A. Sadıqovun “Hamar olmayan riyazi proqramlaşdırma məsələsinin həllinin optimallığı üçün yüksək tərtibli zəruri və kafi şərtlər” mövzusunda məruzəsi olacaqdır. İşdə metrik fəzada φ – (α , β , ν , δ) və güclü φ – (α , β , ν , δ) lipşis funksiyalar sinfi verilmiş və […]