Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İbrahimov Elman sizi 55 yaşı münasibətilə təbrik edirik!


İbrahimov Elman Allahverdi oğlu 09 aprel 1967-ci ildə Ağdam rayonu Xıdırlı kəndində   anadan olmuşdur.

İbrahimov Elman Allahverdi oğlu 1984-cü ildə Ağdam şəhər Xıdırlı kənd orta məktəbini bitirib.

1985 – 1987-ci illərdə kimi Monqolustan Respublikasında hərbi xidmətdə olmuşdur. 

1988-ci ildən Ağdam rayonunda tikinti idarəsində usta vəzifəsində işləmişdir. 

1993-cü ilin iyul  ayında isə mənfur ermənilərin Ağdam rayonunu işğal etməsi ilə əlaqədar məcburi köçkün kimi Xırdalan şəhərinə köşmüş və orada məskunlaşmışdır.

Həmin ildən müxtəlif sahələrdə elektrik və usta kimi çalışmışdır.

2003-cü ildən isə bu günə kimi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda elektrik vəzifəsində işləyir.

İbrahimov Elmana xas olan dürüst, insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər calışdığı kollektivdə ona böyük hörmət  qazandırmışdır.

İnstitutun kollektivi Elmanı 55 yaşı tamam olması münasıbətılə təbrik edir, ona həyatında ən dəyərlı nemət olan can sağlığı, sevinc dolu günlər arzulayır.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər