Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Musayeva Tahirə xanımı 55 yaşı münasibətilə təbrik edirik!


Musayeva Tahirə  Şakir qızı 27 sentyabr 1967-ci ildə Tər-tər rayonun Buruc kəndində anadan olmuşdur.

1988-ci ildə Baki Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakultəsinə daxil olmuşdur.

1994-cu ildən AMEA Riyaziyyat  və Mexanika İnstitununa işə qəbul edilib. 1994- cü ildən Laborant, böyük laborant kiçik elmi  işçi,  1999-cu ildən 2013-cu ilə qədər kardlar şöbəsinin rəisi vəzifəsində  işləyib. 2013 cu ilin fervral ayindan indiyə kimi mühəndis-proqramlaşdırıcı vəzifəsində işini davam etdirir.

İnstitutda dərc edilən   elmi jurnallarının  texniki redaktorudur.

 Tahirə xanım yüksək insani keyfiyyətləriylə, dərin daxili mədəniyyətiylə ünsiyyətdə olan hər bir insanın özünə qarşı olan böyük hörmətini və ehtiramını qazanıb. T.Musayevaya  xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər çalışdığı kollektivdə ona böyük hörmət və rəğbət qazandırmışdır.

İnstitutun kollektivi Tahirə  xanımı 55 yaşı tamam olması münasıbətılə təbrik edir, ona həyatında ən dəyərli nemət olan can sağlığı, sevinc dolu günlər arzulayır!

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər