22/01/2025
UNESCO yanvarın 24-də qeyd olunacaq builki Beynəlxalq Təhsil Gününü süni intellektə (AI) həsr edib. AZƏRTAC bu barədə təşkilatın bəyanatına istinadla xəbər verir. Bəyanatda qeyd olunub: “UNESCO-nun Baş direktoru Odri Azule 2025-ci il Beynəlxalq Təhsil Gününü süni intellektin imkanlarına və çağırışlarına həsr etmək qərarına gəlib. O, UNESCO-nun üzv dövlətlərini həm müəllimlərin, həm də tələbələrin təhsil sahəsində bu texnologiyadan […]
22/01/2025
23.01.2025-ci il tarixində saat 11:00-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Variasiyahesabında kafi şərtlər” mövzusunda məruzə edəcəkdir. Məruzədə variasiya hesabında kafi şərtlərin alınması üçün bəzi teoremlərin isbatı şərh olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
21/01/2025
22 yanvar 2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keciriləcək. Ümuminstitut seminarında riyaziyyat üzrə elmlər doktoru Amanov Rabil “Bəzi kvazixətti elliptik və parabolik tənliklər üçün bəzi məsələlər haqqında” mövzusunda məruzə edəcək. Məruzədə İşdə, cəmlənən sağ tərəfə malik ikinci və yüksək tərtib kvazixətti elliptik və parabolik […]
21/01/2025
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən ildən başlayaraq elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların maddi mükafatlandırılması həyata keçirilir. Proqram çərçivəsində ötən il 150-dək alim aylıq 1000 manatadək mükafat alırdısa, elmi ictimaiyyətdə proqrama artan maraq səbəbindən bu il 300-dək alim mükafatlandırılacaq. Cari ildə tətbiq ediləcək hesablama qaydası dünyada ən qabaqcıl elmmetrik və bibliometrik şirkətlərdən hesab […]
20/01/2025
Azərbaycan xalqına qarşı törədilmiş 20 Yanvar faciəsindən artıq 35 il ötür. Tarixə “Qanlı Yanvar” kimi həkk olunmuş bu hadisə xalqımızın azadlıq arzusunu və istəyini boğmaq məqsədilə həyata keçirilmiş ən ağır cinayətlərdən biridir. Bu faciə Azərbaycan xalqının yaddaşına həm kədər, həm də qürur günü kimi həkk olunub. Qanlı Yanvar qətliamı, eyni zamanda, Azərbaycanın müstəqillik yolunda dönməz […]
17/01/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaiyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin şəhidlərinin xatirəsi anılıb.Öncə Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 35 il əvvəl Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin dərin hörmətlə yad […]