14/03/2025
Elm və təhsil naziri Emin Əmrullayev müxtəlif elm sahələrini təmsil edən, yüksək elmi nailiyyətlərə malik alimlərlə görüşüb. Görüşdə nazir elm sahəsindəki müasir çağırışlardan, mövcud problemlərin həlli üçün vacib addımlardan və alimlərin bu prosesdəki rolundan bəhs edib. Daha sonra alimlər elmi tədqiqatlar zamanı üzləşdikləri çətinlikləri və elmin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüblər. Görüşdə elmi inkişafın […]
13/03/2025
Fiziklər kainatın ən böyük sirrlərindən bəzilərini həll etməyə kömək edə biləcək yeni qravitasiya nəzəriyyəsini təqdim ediblər. Alimlər hesab edirlər ki, kvant qravitasiyası entropiyadan (sistemin nizamsızlıq səviyyəsi, kainatda daim artır) qaynaqlana bilər. Bu yeni nəzəriyyə nəhayət ki, birlikdə işləməyən Eynşteynin ümumi nisbilik nəzəriyyəsi ilə kvant fizikası arasında əlaqə yarada bilər. Son 100 ildən çoxdur ki, Eynşteynin ümumi nisbilik nəzəriyyəsi qravitasiyanın ən yaxşı izahıdır. Eyni dövrdə […]
12/03/2025
Martın 12-də “Quacquarelli Symonds” reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib. Azərbaycan universitetləri, ümumilikdə, 5 fənn sahəsində təmsil olunub və irəliləyib. Bakı Dövlət Universiteti “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təmsil olunub, o cümlədən ilk dəfə “Riyaziyyat” ixtisası üzrə reytinqdə yer alıb. Azərbaycan Dövlət İqtisad Universiteti “İqtisadiyyat və ekonometrika” […]
12/03/2025
12 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı kecirildi. Seminarda ”Tətbiqi riyaziyyat şöbəsi” nin müdiri, mexanika elmləri doktoru, dosent Elxan Abbasov “Maye-qaz qarışığının kütləköçürmə və mübadilə nəzərə alınmaqla boruda hərəkət dinamikası” mövzusunda məruzə etdi. Məruzədə maye-qaz qarışığının kütləköçürmə və mübadiləsi nəzərə alınaraq boruda qeyri-stasionar hərəkətinin hidrodinamik […]
12/03/2025
13.03.2025-ci il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n., dosent Eldar Məmmədov “Çoxparametrli spektral məsələlərdə variasiya prinsipi” mövzusunda məruzə edəcəkdir. Məruzədə variasiya prinsipinin çoxparametrli hallara ümumiləşməsi və P.Binding, P.Brounenin bu haqda işlərinin bəzi nüansları haqqında məlumat şərh olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]
11/03/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Sumqayıt Dünya Məktəbinin bir qrup şagirdi ilə görüş keçirildi. Görüşdə məktəbin direktoru Çiçək Qaracayeva, müəllim,şagird,eləcə də institutun baş direktoru, AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov və institutun şöbə müdirləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan baş direktor, AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov institutda şagirdlərlə keçirilən […]