Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 20 dekabr 2024-cü il tarixli iclasında saat 14:00-da Həcər Füzuli qızı Mövsümovanın “Operator əmsallı bəzi diferensial tənliklərin izlərinin tədqiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm […]

“Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Bayramoğlunu 85 yaşı münasibətilə təbrik edirik!

Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Bayramoğlunu 85 yaşı tamam olur. Məmməd Bayramoğlu 1939-cu ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuşdur. 1962-ci ildə V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat ixtisası üzrə fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin vaxt Murmansk […]

AR ETN Riyaziyyat və Mexanika İnstitutunda fəlsəfə doktorluq imtahanı keçirilib

17 dekabr 2024-cü il tarixində,saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda fəlsəfə doktorluq imtahanı keçirilib: 1202.01- “Analiz və funksional analiz” ixtisasında imtahanın nəticələri Əliyeva Yaqut “yaxşı” Rüstəmova Nilufer “yaxşı”. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin dekabr ayında növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Heydər Əliyevin akademik heyətlə tarixi görüşü və Akademiyanın status məsələsi” başlıqlı məqaləsi yer alıb. Bugünkü sayda, AMEA-nın kollektivinin Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə məzarını ziyarətinə dair yazı, Rəyasət Heyətində və Akademiyanın elmi müəssisə və təşkilatlarında […]

ELAN

Hörmətli Həmkarlar! 18 dekabr 2024-cü il tarixində saat 15:00 -da Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun elmi fəaliyyətlə bağlı cari il üzrə hesabat iclası keçiriləcək. İclas institutun Akt zalında baş tutacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Riyaziyyat və Mexanika İnstitutunda növbəti “Optimal İdarəetmə”seminarı keçirildi

12 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti seminarı keçirildi. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Variasiya hesabında kafi şərtlər” mövzusunda məruzə edib. Məruzədə variasiya hesabında kafi şərtlərin alınması üçün bəzi teoremlərin isbatı şərh olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

Faydalı linklər