14/02/2025
Sevginin ən gözəl hədiyyəsi kitabdır! Təsəvvür edin, bir kitab oxuyursunuz. Səhifələri çevirdikcə yeni dünyalar kəşf edir, fərqli insanlarla tanış olur, zaman və məkan anlayışını unudursunuz. Sonuncu səhifəni bağlayanda isə artıq özünüzü daha yaxşı hiss edirsiniz – sanki bu kitab sizə dost olub, sizə nəsə öyrədib və bir parça da olsa, sizi dəyişib. İndi isə onu […]
14/02/2025
Həmidulla Aslanov 16 fevral 1950 ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuşdur. 1967-ci ildə Hərimankənd orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakultəsinə daxil olmuşdur. 1972-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmiş və Universitetin zəmanəti ilə Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına (doktoronturasına) qəbul olunmuşdur. Onun elmi rəhbəri […]
13/02/2025
13.02.2025-ci tarixində Elm və təhsil Nairliyi Riyaiyyat və Mexanika İnstitutunun “Optimal idarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Hamlet Quliyev “Dayanıqsız həllə malik ikitərtibli parabolik tənliyin əmsalları ilə optimal idarəetmə məsələsi” mövzusunda məruzə edib. Məruzədə baxılan məsələ üçün optimal cütün varlığı, adaptə olunmuş cərimə üsulunun yığılması isbat edilmiş […]
13/02/2025
19 fevral tarixində tədqiqatçılar üçün “Yüksək impakt faktorlu jurnallarda nəşr üçün strategiyalar” mövzusunda vörkşop keçiriləcək. Vörkşop elmi məqalələrin nüfuzlu jurnallarda nəşr etdirilməsi üçün effektiv texnika və strategiyalar kimi mövzuları əhatə edəcək. Vörkşopda iştirak üçün aşağıda qeyd olunan keçidə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz. Təqdimatçı: “Elsevier” nəşriyyatının elmi redaktoru Banu Bayram Mövzu: Redaktorların gözləntiləri çərçivəsində məqalə […]
12/02/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Görkəmli alim, professor Binəli Musayevin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov professor Binəli Musayevin səmərəli elmi fəaliyyətindən, riyaziyyat elminin inkişafına verdiyi dəyərli töhfələrindən danışıb. Qeyd edilib ki, Binəli Musayev 1944-cü […]
12/02/2025
13.02.2025-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Hamlet Quliyev “Dayanıqsız həllə malik ikitərtibli parabolik tənliyin əmsalları ilə optimal idarəetmə məsələsi” mövzusunda məruzə edəcəkdir. Məruzədə baxılan məsələ üçün optimal cütün varlığı, adaptə olunmuş […]