Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dissertasiya şurasınının iclası keçirildi

Azərbaycam Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasınının 29 mart 2024-cü il tarixli iclasında saat 1400–da Radə Əlirza qızı Hüseynovanın “Dördüncü tərtib qeyri-xətti Şturm sistemlərinin qlobal bifurkasiyasının tədqiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında […]

Mart soyqırımları XX əsrin ən qanlı faciələrindən biridir

Azərbaycan xalqı soyqırımı qurbanlarının xatirəsini dərin kədərlə anır 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. Qonşu xalqların torpaqlarını zəbt edərək “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Bütün bunlar öz miqyasına və nəticələrinə […]

ELAN

Riyaziyyat və Mexanika İnstitutu nəzdində ED 1.04 Dissertasiya şurasının 1202.01-Analiz və funksional analiz ixtisasında elmi seminarının iclasında 09 aprel 2024-cü il tarixli  saat 1400-da Könül Fail qızı Abdullayevanın “Sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial operatorlar üçün spektral ayrılışların yığılması” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə Fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. […]

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Kembric Universitetinin alimlərinin texnoloji yeniliyi sayəsində indiyədək kəşf edilməyən planetlər tezliklə aşkarlana bilər. Kembric Universitetinin fizikləri Edinburqdakı Heriot-Vatt Universitetinin alimləri ilə birlikdə astronomlara ulduz işığının rəngində kiçik dəyişiklikləri müşahidə etmək imkanı verən astrokomb formasını inkişaf etdiriblər. Bu yenilik elmə məlum olmayan planetləri üzə çıxara və kainatın təbii olaraq necə genişləndiyini başa düşməyə yardım edə bilər. […]

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Aprelin 3-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə İnformasiya Texnologiyaları İnstitutunda “Clarivate” şirkətinin nümayəndəsi Inesh Kenzhina tərəfindən təlim keçiriləcək. Təlim “Web of Science” bazasında yerli elmi jurnalların indekslənməsi və onların beynəlxalq nüfuzunun yüksəldilməsi məqsədilə seçilmiş jurnalların əməkdaşları üçün təşkil olunur.Təlimin mövzuları jurnalların “Web of Science” bazasına seçilməsi üçün meyarlar və beynəlxalq səviyyədə […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin mart ayında son sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin 9 noyabr 2015-ci ildə AMEA-nın 70 illik yubileyində iştirakı zamanı səsləndirdiyi nitqdən fikirlər təqdim edilib. İkinci və üçüncü səhifələrdə “AMEA-da 27 mart Elm Günü təntənəli şəkildə qeyd olunub” başlıqlı geniş yazı yer alıb. Qəzetdə AMEA prezidenti akademik İsa […]