Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaiyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin şəhidlərinin xatirəsi anılıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaiyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin şəhidlərinin xatirəsi anılıb.Öncə Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 35 il əvvəl Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin dərin hörmətlə yad […]

ELAN

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 17 yanvar 2025-ci il tarixli iclasında saat 14:00-da Sahil Asif oğlu Əliyevin “4-cü tərtib 3-qat xarakteristikalı diferensial operatorlar dəstəsi üçün çevirmə operatorlarının qurulması” mövzusunda […]

AMEA-nın Ümumi Yığıncağı keçiriləcək

AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirə edilən növbəti məsələ AMEA-nın Ümumi Yığıncağının keçirilmə vaxtının təyin edilməsi və gündəliyinin təsdiq edilməsi haqqında olub. Akademik İsa Həbibbəyli vurğulayıb ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında 2024-cü ildə aparılan elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların, həmçinin AMEA-da həyata keçirilən genişmiqyaslı islahatların növbəti mərhələlərinin müzakirəsini təmin etmək, digər nazirlik və dövlət qurumlarının […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

16 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Variasiya hesabında kafi şərtlər” mövzusunda məruzə edib. Məruzədə variasiya hesabında kafi şərtlərin alınması üçün bəzi teoremlərin isbatı şərh olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

ELAN

16.01.2025-ci il saat 11:00-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Variasiyahesabında kafi şərtlər” mövzusunda məruzə edəcəkdir. Məruzədə variasiya hesabında kafi şərtlərin alınması üçün bəzi teoremlərin isbatı şərh olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Riyaziyyat və Mexanika İnstitutunda2025-ci ilin Elmi-Tədqiqat İşləri Planı müzakirə olunub

15 yanvar 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının 2025-ci ildə keçirilən ilk iclası baş tutub. İclası institutun baş direktoru,AMEA-nın müxbir üzvü.professor Misir Məmmədov açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verib və şura üzvlərini iclasın proqramı ilə tanış edib. O, cari ilin elmi fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinin institutun gələcək tədqiqat […]

Faydalı linklər