Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

EATDA-nin təşkilatçılığı ilə “Elsevier” və “Clarivate” şirkətlərinin elmmetriya üzrə birgə mütəxəssis hazırlığı proqramı yekunlaşıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Elsevier” və “Clarivate” şirkətləri tərəfindən ilk dəfə elmmetriya üzrə birgə mütəxəssis hazırlığı proqramı həyata keçirilib. Proqramın məqsədi ölkədə “Scopus” və “Web of Science” kimi elmmetrik və bibliometrik bazaları ekspert səviyyəsində tətbiq edə biləcək mütəxəssislər yetişdirməkdir. Hazırlıq proqramına qatılan 70 nəfər iştirakçı sırasından yekunda 28 nəfər “Elsevier” […]

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə “Clarivate” şirkətinin nümayəndələri arasında görüş keçirilib

Oktyabrın 23-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə bibliometrik və elmmetrik tədqiqatlar üzrə dünyanın ən nüfuzlu şirkətlərindən biri hesab edilən “Clarivate” şirkətindən Valentin Bogorovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı “Web of Science” elmmetrik bazasında yerli elmi jurnalların indekslənməsi və onların beynəlxalq nüfuzunun yüksəldilməsi, eləcə də yeni elmi jurnalların yaradılmasının […]

ELAN

30 oktyabr 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda Məmmədov Eminağa “Simmetrik Banax-Sobolev fəzalarında yüksək tərtibli elliptic operatorlar üçün Şauder tipli qiymətlənmələr” mövzusunda məruzə edəcək.Məruzə n ölçülü fəzalarının Rn məhdud Ω oblastında təyin edilmiş simmetrik (rearrangement-invariant) fəzaların törətdiyi WmX(Ω) Banax-Sobolev fəzalarının müəyyən […]

Akademik Cəlal Allahverdiyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

24 oktyabr 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) AMEA-nın həqiqi üzvü, riyaziyyat elmləri doktoru, professor, Azərbaycan SSRİ Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi Cəlal Allahverdiyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Sessiya AR Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), İdarəetmə Sistemləri İnstitutu […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin oktyabr ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Kazanda XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirak edib” başlıqlı icmal təqdim edilib. Bugünkü sayda ilk səhifələrdə “AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq” başlıqlı Rəyasət Heyətinin iclasına dair yazı, “Yaşıl dünya […]

ELAN

“Diferensial tənliklər” şöbəsinin professoru, görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru Nadir Süleymanov bu gün axşam saatlarında vəfat etmişdir. Allah rəhmət eləsin! Nadir müəllim Azərbaycan riyaziyyatçıları arasında böyük nüfuz sahibi idi. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin  30 oktyabr  2009-cu il tarixli sərəncamı  ilə “Əməkdar müəllim” fəxri adı verilmişdir. Fizika–riyaziyyat elmləri doktoru, professor, əməkdar müəllim Nadir […]

Faydalı linklər