16/11/2024
Noyabrın 18-də COP29 çərçivəsində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan ediləcək. Tədbir Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və QS-in birgə təşkilatçılığı ilə yaşıl zonada keçiriləcək. Sözügedən tədbir çərçivəsində dünyanın qabaqcıl universitetlərinin nümayəndələrinin iştirakı ilə […]
15/11/2024
Aparılmış son araşdırmalara əsasən atmosferdə olan mikroplastik hissəciklər havanı çirkləndirməklə yanaşı buludların formalaşmasına təkan verərək iqlimə və havaya təsir göstərirlər. Bu, havada mikroplastik hissəciklərin olması faktorunun iqlim şərtlərini necə dəyişməsi sualını ortaya çıxarır. Buludların formalaşması üçün buxar formasında olan rütubət toz və ya bioloji fraqmentlər kimi çox kiçik hissəciklərin üzərinə çökməli və su damcıları və […]
14/11/2024
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə Nabranda yerləşən “Təhsil İstirahət Mərkəzi”ndə Zəfər gününə həsr olunmuş “Alimlərin Zəfər düşərgəsində 32 elmi müəssisələri arasında keçirilən intellektual yarışında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun komandası 1-ci yerə layiq görülüb. İştirakçıların yüksək intellektual bilik nümayiş etdirdiyi yarışın sonunda qaliblərə hədiyyələr təqdim […]
12/11/2024
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil […]
11/11/2024
Noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimi keçirilib. Açılış mərasimində COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber açılış nitqi ilə çıxış edib. O, tədbirin təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib. Sultan Ahmad Al-Jaber COP 28 dövründə ölkəsinin irəli sürdüyü təşəbbüslərdən danışıb və COP29-un da növbəti uğura imza […]
09/11/2024
8 Noyabr – Zəfər Günündə ilk dəfə olaraq Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqının (ATİAHİ) təşəbbüsü ilə Nabranda yerləşən “Təhsil İstirahət Mərkəzi”ndə Zəfər günüə həsr olunmuş “Alimlərin Zəfər düşərgə”si təşkil olunub.ATİAHİ-nin dəstəyi ilə təşkil olunan düşərgədə Elm və Təhsil Nazirliyinin 100 alim əməkdaş iştirak edib. “Alimlərin Zəfər düşərgə”sinin rəsmi açılış mərasimində əvvəlcə Azərbaycan respublikasının Dövlət […]