Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika Institutunun şöbələrinin  2024-cü il üzrə elmi və elmi-təşkilatı fəaliyyəti haqqında hesabatların müzakirəsi cədvəli

27 noyabr 2024-cü il   saat 12:00 “Maye və qaz mexanikası” şöbəsiAMEA-nın müxbir üzvü, prof. Qeylani Pənahov   «Riyazi fizika tənlikləri» şöbəsi f-r.e.n. Əbdürrəhim Quliyev 28 noyabr 2024-cü il   saat 12:00 «Tətbiqi riyaziyyat» şöbəsi m.e.d. Elxan Abbasov   «Riyazi analiz» şöbəsi AMEA-nın müxbir üzvü, prof. Vaqif Quliyev 29 noyabr 2024–cü il   saat 10:00 “Funksiyalar nəzəriyyəsi” şöbəsi r.e.d., prof. […]

26 Noyabr – Ümumdünya İnformasiya Günüdür

Hər il noyabrın 26-sı Ümumdünya İnformasiya Günü (World Information Day) kimi qeyd edilir. BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamentin təşəbbüsü ilə qeyd olunan bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışanların peşə bayramıdır. AZƏRTAC xəbər verir ki, 1992-ci il noyabrın 26-da Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə I Beynəlxalq […]

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (“ABİD”) ilk ümumi iclası keçirilib

Noyabrın 23-də İstanbulda Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (“Azerbaycanlı Bilim İnsanları Derneği” / “ABİD”) ilk ümumi iclası keçirilib. İclas Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin və “ABİD”in birgə təşkilatçılığı ilə baş tutub. İclasda Türkiyənin Ədalət və İnkişaf Partiyasından millət […]

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi saytı istifadəyə verilib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi saytı istifadəyə verilib. Saytda elmi-tədqiqat, ali və orta ixtisas təhsili ilə bağlı məlumatlar, beynəlxalq layihələr və təhsil imkanlarına dair faydalı resurslar, normativ sənədlər və Agentliyin fəaliyyət istiqamətlərinə aid digər mövzular yer alır. Sayt ilkin mərhələdə Azərbaycan dilində istifadəyə verilib və tezliklə ingilis və rus dillərində də əlçatan […]

Prezident İlham Əliyev: “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşım edib. Paylaşımı təqdim edirik: “Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata […]

ELAN

27 noyabr 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda “Riyazi fizika tənlikləri” şöbəsinin müdiri Əbdürrəhim Quliyev “İkinci tərtib parabolik tənliklərin həllərinin bəzi keyfiyyət xassələri”mövzusunda məruzə edəcək. Məruzədə ikinci tərtib parabolik tənliklərin fundamental həllərinin müəyyən xüsusi tip oblastlarda ikitərəfli qiymətləndirilməsi, mənfi olmayan həllərin […]

Faydalı linklər