Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitunda Elmi Şuranın iclası keçirilib.

İclasda görüləcək işlər barəsində mühüm qərarlar qəbul edildi. İnstitutun əməkdaşlarına şəxsi mail adressləri təqdim edildi. Bu da elmi işçilərin ictimaiyyətlə əlaqələrinin möhkmkləndirilməsinə, onları düşündürən suallara cavab tapmalarına yardımçı olacaq. Qeyd edək ki, bu ilin avqust ayında Riyaziyyat və Mexanika İnstitunun rəsmi internet səhifəsi yeniləşdirilib və səhifənin daha da təkminləşdirilməsi üçün işlər davam etdirilir. Elmi Şurada […]

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 2014-cü ilin seminarlarına start verildi.

Bu gün keçirilmiş “Bəzi qeyri-xətti dördüncü tərtib sərhəd məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda seminarı  giriş sözü ilə institutun direktoru,  fizika-riyaziyyat elmləri doktoru,  professor Misir Mərdanov açıb. Tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini  bir dəqiqəlik sükutla  yad etdikdən sonra BDU-nun Riyazi analiz şöbəsinin əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru  Ziyadxan Əliyev məruzə ilə çıxış edib. Alim-pedaqoq mövzu üzrə […]

Almas Hüseynbəyovaya fizika-riyaziyyat və texnika elmləri bölməsinin fəxri fərmanı, Riyaziyyat və Mexanika institunun həmkarlar təşkilatının fəxri fərmanı təqdim olunmuşdur.

Bu gün fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA-nın fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibi Akif Hacıyev, AMEA-nın Riyaziyyat və Mexanika institutunun direktoru, professor Misir Mərdanov, direktor müavini, professor Soltan Əliyev, institutun həmkarlar təşkilatının sədri, Cəbr və Riyazi məntiq şöbəsinin müdiri Əli Babayev, Hesablama texnikası vasitələri laboratoriyasının müdiri Babək Abdullayev, f.-r.e.n Quliyev İlqar və […]

E L A N

15.01.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında BDU-nun “Riyazi analiz ” şöbəsinin əməkdaşı f-r.e.d. Ziyadxan Seyfəddin oğlu Əliyev “Bəzi qeyri-xətti dördüncü tərtib sərhəd məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda məruzə edəcəkdir. Məruzədə dördüncü tərtib qeyri-xətti tamam requlyar Şturm sisteminin lokal və qlobal bifurkasi-yasından, xətti məsələnin məxsusi funksiyalarının osilyasiya xassələrinə malik olan və baxılan məsələnin bifurkasiyasının tədqiqində həlledici […]

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika institutunun kitabxanasına daxil olan yeni jurnaların siyahısı.

1.Математические заметки – 2013, т.94, вып.4 2. Математические заметки- 2013, т.94, вып. 3 3. Прикладная математика и механика –  2013, т.77, вып.5 4. Математический сборник- 2013, т.204, № 10 5. Математический сборник – 2013, т.204, № 9 6. Успехи математических наук- 2013,т.68, в.5 7. РЖ.. Математика св. том- 2013, № 11 8. РЖ.. Математика св. […]

ASLAN DİLAN OĞLU QULİYEV 10 yanvar 2014-cü il tarixində “CIRLASAN QEYRİ-XƏTTİ TƏNLİKLƏRİN HƏLLƏRİNİN KEYFİYYƏT XASSƏLƏRİNİN TƏDQİQİ ” mövzusunda 1202.01-Diferensial tənliklər ixtisasında elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müvəffəqiyətlə müdafiə etmişdir.

XÜLASƏ Dissertasiya isi, xüsusi törəməli xətti və kvazixətti elliptik tənliklərin keyfiyyət xassələrinin tədqiqinə həsr edilmişdir. Dissertasiyanın əsas nəticələri aşağıdakılardır: Landis- Gerverin məlum orta qiymət teoreminin yeni çəkili və qeyri-xətti analoqu əldə edilmişdir; həllin qradiyentinə və koordinat dəyişəninə görə cırlaşması olan tənliklərin müsbət həlləri üçün yeni artma lemması isbat edilmişdir; cırlaşan kvazixətti elliptik tənliklər üçün izolə […]