01/10/2013
02.10.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin əməkdaşı f-r.e.d, prof. Musa Xanlar oğlu İlyasov “Üçlaylı halqanın yükgötürmə qabiliyyəti” mövzusunda məruzə edəcəkdir. Liflərlə möhkəmləndililmiş üçlaylı kompozit halqavarı lövhənin yükgötürmə məsələsi həll edilmiş, ümumiləşmiş statik qüvvələr sahəsi tapılmışdır. Assosiativ axma qanunundan istifadə edərək lövhənin əyinti sürətləri sahəsi təyin edilir.
01/10/2013
01.10.2013 tarixində saat 11:30-da akademik A.C.Hacıyevin rəhbərliyi altında “Harmonik analizin müasir problemləri” adlı elmi seminarın növbəti iclası olmuşdur. Məruzəçi: dos. R. Ə.Bəndəliyev Mövzu: “Dəyişən dərəcəli Lebeq və Sobolev fəzalarının bəzi xassələri. Daxilolma teoremləri.” Arzu edənlər iştirak edə bilərlər. Riyazi analiz şöbəsi Xülasə Məruzədə dəyişən dərəcəli Lebeq və Sobolev fəzalarında daxilolma teoremləri və fəzalar haqqında bəzi teoremlər isbat […]
30/09/2013
30 sentyabrda Uxta Dövlət Texniki Universitetində əməkdar elm xadimi, texnika elmləri doktoru, professor, akademik Azad Xəlil oğlu Mirzəcanzadənin 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi olacaqdır. A. X. Mirzəcanzadənin xatirə axşamı Rusya Federasiyası, Komi Respublikası, Uxta Dövlət Texniki Universitetinin konqres-holunda saat 16:30-da başlayacaqdır.
26/09/2013
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu Azərbaycan Milli Elmlər Akademiyası sistemində fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin, yaradıcı kollektivlərin elmi fəaliyyətini stimullaşdırmaq, həmçinin Azərbaycan Respublikasında fundamental və tətbiqi xarakterli elmi-tədqiqatları daha da inkişaf etdirmək məqsədilə 2013-cü il üçün müsabiqə elan etmişdi. Müsabiqəyə […]
24/09/2013
25.09.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin əməkdaşı r.e.d. B.Ə. Əliyev “II tərtib elliptik tip diferensial operator tənlik üçün bəzi sərhəd məsələləri” mövzusunda məruzə edəcəkdir. II tərtib elliptik tip diferensial operator tənlik üçün Redje məsələsinin həll olunması öyrənilir.
24/09/2013
24.09.2013 tarixində saat 11:30-da akademik A.C.Hacıyevin rəhbərliyi altında “Harmonik analizin müasir problemləri” adlı elmi seminarın növbəti iclası olacaqdır. Məruzəçi: prof. R.M.Rzayev Mövzu: “Hamarlığı ölçən – maksimal funksiyalar” Arzu edənlər iştirak edə bilərlər. Riyazi analiz şöbəsi Xülasə İşdə hamarlığı ölçən – maksimal funksiyalar və metric -xarakteristikalar daxil edilir, onların müəyyən xassələri öyrənilir.