07/10/2024
Oktyabrın 7-dən “Nobel həftəsi” başlayır. Oktyabrın 7-də fiziologiya və ya tibb üzrə qalibin adı elan ediləcək. Oktyabrın 8-də fizika, 9-da kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq. Ədəbiyyat üzrə Nobel mükafatının sahibi oktyabrın 10-da bəlli olacaq. Oktyabrın 11-də sülh və nəhayət, oktyabrın 14-də iqtisadiyyat elmləri üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq. azertag.az
05/10/2024
Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Bu il Beynəlxalq Müəllimlər Günü “Müəllimlərin səslərinin qiymətləndirilməsi: təhsil sahəsində yeni ictimai razılaşmaya doğru” mövzusuna həsr olunub. Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, […]
04/10/2024
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin oktyabr ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib” başlıqlı icmal təqdim edilib. Bugünkü sayda ilk səhifələrdə 1-ci Çin azərbaycanşünaslıq beynəlxalq elmi konfransına, eləcə də “Yaşıl dünya naminə həmrəylik ili” və “COP 29”a həsr olunmuş toplantı ilə bağlı yazılar […]
04/10/2024
03.10.2024-cü il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal idarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda RMİ-nun dissertantı Nərminə Yusif qızı Qubatova “Sabit sonlu variasiyaların hesablanması məsələlərində ikinci dərəcəli şərtlər” mövzusunda məruzə edib. Məruzədə zəif yerli ekstremum üçün zəruri şərtlər və güclü yerli ekstremum üçün kifayət qədər şərtlər müzakirə olundu. Həmçinin, funksionalın kvadrat-xətti […]
03/10/2024
Maqnit sahəsi Yer planetində həyatın mövcudluğu üçün vacibdir. Maqnit sahəsi planetimizi kənardan gələn zərərli zərrəciklərdən qoruyur. İndiyədək alimlər Yerin maqnit sahəsinin 3,5-4 milyard il əvvəl, planet soyumağa başladıqdan sonra formalaşdığını iddia edirdilər. Bu hipotez məhdud biliklərə əsaslanırdı. Bu günlərdə ictimaiyyətə elan edilmiş tədqiqatlarda isə göstərilir ki, Yerin maqnit sahəsi 3,7 milyard il əvvəl, planetin formalaşmasından […]
03/10/2024
2024-cü ilin ilk 8 ayında Azərbaycanlı alimlərin “Scopus” elmmetrik verilənlər bazasında göstəricilərində ötən ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpan artım müşahidə olunub. Bu göstəricilərə istifadəçi sayı, dərc olunan elmi işlərin sayı, elmi işlərin sitatları, sahə üzrə istinad təsiri, məqalələrin dərc olunduğu jurnalların keyfiyyəti və beynəlxalq əməkdaşlıq aiddir. Belə ki, “Scopus”dakı istifadəçi sayı təkcə bu ilin […]