Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Ülkər Səttarova: İqlim dəyişikliyi mövzusu bütün təhsil sənədlərində öz əksini tapmalıdır

Regionda ilk dəfə “Times Higher Education” şirkətinin tədbiri keçirilir. “Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə” mövzusunda keçirilən forumda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib. Onun sözlərinə görə, bu forum noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinin mövzusunu da əhatə edir: “Bu həm də COP29-a […]

“Populyasiyanın dinamikasının optimal idarə olunması məsələsində optimallıq şərtləri” mövzusunda seminar keçirilib

12.09.2024-cü il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin dissertantı Aygün İsvahan qızı Ağamalıyeva “Populyasiyanın dinamikasının optimal idarə olunması məsələsində optimallıq şərtləri” mövzusunda məruzə edib. Məruzədə iki sinif xətti tənliklər sistemi üçün qoyulmuş Koşi məsələsinin həllinin göstərilişinin alınması, populyasiyanın dinamikası iki ölçülü birtərtibli inteqro-diferensial […]

“Times Higher Education” Beynəlxalq Reytinq Agentliyi ilə növbəti əməkdaşlıq imkanları müzakirə olunub

Sentyabrın 12-də elm və təhsil naziri Emin Əmrullayev və “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə Azərbaycan ali təhsil müəssisələrinin THE reytinqlərində cari vəziyyəti, həmçinin THE ilə növbəti əməkdaşlıq imkanları müzakirə olunub. Sonda “Times Higher Education” Beynəlxalq Reytinq Agentliyinin rəhbərliyi tərəfindən elm və təhsil nazirinə “THE Impact 2024” reytinqində 17 […]

“Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliyinə qarşı mübarizə” forumu keçirilir

Bakıda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Times Higher Education, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Sumqayıt Dövlət Universiteti / Sumgayit State University tərəfindən “Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliyinə qarşı mübarizə” forumu keçirilir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi

Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək

2024-cü ilin 2-ci Ay tutulması sentyabrın 18-də baş verəcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən məlumata görə, qismən Ay tutulması Bakı vaxtı ilə saat 04:41-də başlayıb, saat 08:47-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 18-i saat 06:44-da baş verəcək. Saat 06:12-də qismən tutulma başlayacaq və saat 07:15-də sona çatacaq. Saat 04:41-də yarımkölgəli […]

Riyaziyyat və Mexanika İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilmişdir

11 sentyabr 2024-cü il tarixlərində AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas fənni üzrə qəbul imtahanı keçirilmişdir. İmtahanın keçirilməsi məqsədilə RMİ-nin baş direktorunun əmrinə əsasən müvafiq ixtisas üzrə qəbul komissiyası yaradılmışdır. AMEA-nın müxbir üzvü Qeylani Pənahov, mexanika elmlər doktoru Elxan Abbasov, texnika elmlər namizədi Eldar Abbasov və […]

Faydalı linklər