Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Astronomlar Kaliforniyada Marsın tədqiqi məsələlərini müzakirə edirlər

Dünyanın hər yerindən olan astronomlar bu həftə Kaliforniyada Marsın elmi vəziyyətini qiymətləndirmək və Qırmızı planetin tədqiqində növbəti addımların hədəflərini müzakirə etmək üçün toplaşıblar. Marsın tədqiqi üzrə 10-cu Beynəlxalq Konfransda alimlər aşağıdakı mühüm məsələlər ətrafında fikir mübadiləsi aparırlar. Birinci məsələ Mars üzrə Beynəlxalq Elm Donanmasının yaradılmasıdır. Hazırda Qırmızı planetdə doqquz kosmik gəmi işləyir, onlardan ikisi yerüstü […]

Süni intellektin inkişafı bəşəriyyətə nə vəd edir?

Dünyada müxtəlif süni intellekt vasitələrinin istifadəsi ilə bağlı müzakirələr səngimir. Bəşəriyyət bu vasitələrin faydalı tərəfini və onlardan istifadə etməyin hansı risklərə səbəb olduğunu öyrənmək məqsədilə müzakirələri davam etdirir. Süni intellekt (A.İ. Artifical İntelligence) haqqında məlumat Alan Tyurinqin 1950-ci ildə yazdığı “Hesablama maşınları və intellekt” (“Can machines think”) adlı məqaləsindən sonra yayılmağa başladı. 6 ildən sonra […]

Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiq edilib – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Müşahidə Şurasının sədri təsdiq edilib. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, elm və təhsil nazirinin müavini İdris […]

Milli mətbuatımızın yaranmasından 149 il ötür

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötür. 1875-ci ilin iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına […]

Elm və təhsil naziri İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

İyulun 18-də elm və təhsil naziri Emin Əmrullayev İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tomas Steyli ilə görüşüb. “Azərbaycan müəllimi” xəbər verir ki, görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektivləri müzakirə edilib. edu.gov.az

Bu ilin I yarısında elmi dərəcə almaq istəyən 106 nəfərə imtina cavabı verilib

2024-cü ilin I yarısında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb. Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib ki, cari ilin birinci yarısında 106 nəfərə elmi dərəcə verilməsindən imtina edilib. Həmçinin 184 nəfərə fəlsəfə doktoru, 38 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 98 […]

Faydalı linklər