13/03/2014
Seminarda mövzu üzrə “Dalğa dinamikası” şöbəsinin əməkdaşı f-r.e.d. Nazilə Rəsulova məruzə edib. Məruzə hərtərəfli dartılmaya məruz qalmış nazik lövhələrdə və ya membranlarda ulduzşəkilli radial çatların yayılması hadisəsinin tədqiqinə həsr olunub. Məruzədə məlum olub ki, sayı ixtiyari n olan çatlar koordinat mərkəzi ətrafında simmetrik formada yerləşir və onların yayılma sürəti səthi Reley dalğalarının yayılma sürətindən azdır. […]
13/03/2014
clasda gündəlikdə duran məsələlər Şura üzvlərinin diqqətinə çatdırıldı, müzakirələr aparılıb qərarlar verildi. Elmi Şuranın qərarına əsasən iki iş: AMEA-nın müxbir üzvləri Hətəm Quliyev, Surxay Əkbərov və Cavanşir Rəşidin; “Riyazi analiz” şöbəsinin müdiri f-r.e.d, prof. Vaqif Quliyevin işləri Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim olundu. Daha sonra Türkiyəyə ezam olunmuş “Riyazi analiz” şöbəsinin müdiri, professor Vaqif Quliyev […]
13/03/2014
“Riyazi analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Vaqif S.Guliyev Türkiyənin Ankara Universiteti Matematik bölümündə (Ankara ş.) Ankara Universitetinin professoru Ayhan Serbetci, Kardif və Euroasian Universitetlərinin professoru Viktor Burenkov və Kardif Universitetinin dosenti Dr. Tamara Tararykova ilə birgə elmi arashdırmalar aparmaq üçün 24.02.2014-07.03.2014 tarixlərində Ankara Universitetində elmi ezamiyyətdə olmuş və “Kəsir Hardi operatorunun Morri-tipli fəzalarda məhdudluğu” mövzusunda birgə […]
11/03/2014
12.03.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin əməkdaşı f-r.e.d. Nazilə Bilal qızı Rəsulova “Lövhələrdə ulduz şəkilli “radial” çatların yayılması ” mövzusunda məruzə edəcəkdir. Məruzə hərtərəfli dartılmaya məruz qalmış nazik lövhələrdə və ya membranlarda ulduz şəkilli radial çatların yayılması hadisəsinin tədqiqinə həsr olunur. Fərz olunur ki, sayı ixtiyari n olan çatlar koordinat mərkəzi ətrafında […]
07/03/2014
“Kəsilmə şərtlərinə malik Ştrum-Liuvill operatoru üçün səpilmənin düz və tərs məsələlər” mövzusunda olan dissertasiyada alınmış nəticələr 10 işdə öz əksini tapıb. Müdafiə Şurası dissertasiya işinin müvafiq elm sahəsi üçün böyük əhəmiyyət kəsb etdiyinə görə Cəlalə Osmanlıya riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsinə layiq olduğunu qərara alıb.
07/03/2014
Tədbiri giriş sözü ilə institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov açıq elan edərək, xanım əməkdaşları bayram münasibəti ilə təbrik etdi. Cəmiyyətdə qadının rolunu yüksək qiymətləndirən Misir Mərdanov onlara daim diqqət göstərlməsinin vacib olduğunu vurğuladı. “Qadın anadır və hər bir şəxsin borcudur ki, anasını sevsin və qayğı göstərsin. Azərbaycan xanımlarının əməyinin nəticəsidir ki, Azərbaycan […]