Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

05.02.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Hesablama riyaziyyatı və informatika” şöbəsinin əməkdaşı Vüqar Vaqif oğlu Sadıxov “Variatorlu friksion sistemlərin mühərriklə qabaqlayici təsirli əks əlaqə tətbiqi ilə idarə xassələrinin yüksəldilməsi” mövzusunda məruzə edəcəkdir. Pilləsiz friksion ötürməli (variatorlu) sistemlərin riyazi modelləşdirmə yolu ilə mexaniki xassələri öyrənilir. Mexaniki sistemin hərəkət qanunauyğunluğunu əks etdirən riyazi model sistemin aparan, aparılan […]

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika institutunun kitabxanasına daxil olan yeni jurnaların siyahısı.

1.Математические заметки. 2013. Т.94. В5. 2.Математические заметки. 2013.Т.94.В.6. 3.Математические заметки. 2014. Т.95.В.1. 4.Доклаы  РАН.                        2013. Т.453.№1. 5.Доклады РАН.                      2013.Т.453.№2. 6.Доклады РАН.                      2013.Т.453.№3. 7.Доклады РАН. […]

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutnda İran İslam Respublikasının vətəndaşı, institutun dissertantı Əhməd Həsən oğlu Cəmşidpurun dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Qeyd edək ki, Əhməd Cəmşidpur Riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün “Kəsilmə şərtinə spektral parametr daxil olan Ştrum-Liuvill operatoru üçün səpilmənin düz və tərs məsələləri” mövzusunda dissertasiya işi hazırlayıb.

Fevralın 26-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycan türklərinin başına gətirilən ən ağır və dəhşətli faciə- Xocalı soyqırımının anım tədbiri keçirildi.

Mərasimi giriş sözü ilə İnstitutun direktoru, fizika-riyaziyyat elmləri doktoru,  professor Misir Mərdanov açıq elan edərək, soyqırım qurbanları 1 dəqiqəlik sükutla yad edildi. Misir Mərdanov mərasim iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat verdi: “ 26 fevral 1992-ci il bugünkü kimi yadımdadır. “Xalq” qəzetində vəziyyətin gərginləşdiyi və 2 nəfərin qətlə yetirildiyi məlumatı dərc olunmuşdu. Biz orda real […]

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “İnvariantlar və müəyyən məsələlərin həlli” mövzusunda Ümuminstitut seminarı keçirilib.

Seminarda  “Riyazi-fizika tənlikləri” şöbəsinin əməkdaşı f-r.e.n., dos. Nihan Əliyev məruzə edib. Məruzədə müxtəlif törəmələr və onların invariantları haqqında danışılıb. Bu törəmələrlə əlaqədar müəyyən sinif tənliklər üçün məsələlərin həlli üşün analitik ifadələr alınıb. Məqsəd ixtiyari tənlik üçün qoyulmuş sərhəd məsələsini nüvəsində sinqulyarlığı zəif olan ikinci növ Fredholm tipli inteqral tənliyə gətirmək olub.

E L A N

26.02.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi-fizika tənlikləri” şöbəsinin əməkdaşı f-r.e.n., dos. Nihan Əlipənah oğlu Əliyev “İnvariantlar və müəyyən məsələlərin həlli” mövzusunda məruzə edəcəkdir. Məruzədə müxtəlif törəmələr və onların invariantları haqqında danışılacaq. Bu törəmələrlə əlaqədar müəyyən sinif tənliklər üçün məsələlərin həlli üzrə analitik ifadələr alınır.Həllər üçün analitik ifadələrin alınması qoşma tənlyin fundamental həllindən asılıdır. Bu […]

Faydalı linklər