Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın müxbir üzvü Vaqif Quliyevin məqaləsi beynəlxalq jurnalda dərc edilib

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində müəllifi olduğu məqalə çap olunub. Məqalə “Clarivate Analytics”in Q2 kateqriyalı, impakt faktoru 1.219-a bərabər olan “Journal of Mathematical Inequalities” jurnalında dərc edilib. “Bircins qruplarda hipoelliptik operatorlar üçün ümumiləşmiş çəkili Sobolev-Morri qiymətləndirmələri” adlı […]

ELAN

AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 15 aprel 2022-ci il tarixli iclasında  saat 1400-da f-r.e.n. Şərif Məmməd oğlu Nəsibovun “Sobolev bərabərsizliklərində optimal sabitlər və onların tətbiqləri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi İnstitutun […]

ELAN

20 aprel 2022-ci il tarixində saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında RMİ-nin “Funksional Analiz” şöbəsinin r.e.d., professor Nigar Məhər qızı Aslanova «Dördüncü tərtib diferensial operator tənlik üçün sərhəd məsələləri barədə» mövzusunda məruzə ilə çıxış edəcəkdir. Dördüncü tərtib diferensial operator ifadə ilə doğrulmuş minimal operatorun fəzadan çıxmaqla öz-özünə qoşma genişlənmələrinin təyin oblastları verilir, diskret və […]

ELAN

20.04.2022-сi il tarixində saat 12.00-da “Tətbiqi riyaziyyat” və “Dalğa dinamikası” şöbələrinin birgə seminarı  keçiriləcəkdir. Seminarda f-r.e.d. Rəsulova Nazilə “Membran dinamikasında avtomodel məsələlərinin yeni həll metodu” mövzusunda çıxış edəcəkdir. Məsələdə əsasən, Smirnov-Sobolevin funksional invariant həllərinin, qapalı hamar kontura malik oblastlar üçün ümumiləşdirilməsinə həsr olunur. Bu yeni həllər, çevik membrana, dairəvi olmayan konusla zərbə məsələsinin, analitik həllini […]

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda 13 aprel 2022-ci il tarixində saat 12-00 -da Gəncə Dövlət Universitetinin dissertantı Rövşən Fərrux oğlu Babayevin “Sobolev-Morri tipli fəzalarda daxilolma teoremləri” mövzusunda 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir. İclası “Analiz və funksional analiz” ixtisası […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Əməkdar elm xadimi, əməkdar müəllim, AMEA-nın müxbir üzvü, görkəmli şəxsiyyət Maqsud Əlisimran oğlu Cavadovun anadan olmasının 120 illiyinə həsr olunmuş Elmi sessiya keçirilib

2022-ci il aprelin  13-də  AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları, başda AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru, professor Misir Mərdanovla birlikdə Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri, Əməkdar elm xadimi, Əməkdar müəllim, AMEA-nın müxbir üzvü, görkəmli şəxsiyyət Maqsud Cavadovun məzarını ziyarət etdilər. Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru, professor Misir Mərdanov […]