Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Bu gün mexanika sahəsində tanınmış alim Yusif Əmənzadənin anım günüdür

Tanınmış alim Əmənzadə Yusif Əmən oğlu 1914-cü il­ fevralın 18-də Bakı şəhərində anadan olmuş­dur. Azərbay­can Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mədən fakül­təsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildən ömrünün axırına qədər Bakı Dövlət Universitetində nəzəri mexanika kafedrasının müdiri vəzifəsində çalışıb. Riyaziyyat üzrə elmlər doktoru elmi dərə­cəsini (1959), professor elmi adını (1961) […]

E L A N

16.03.2022-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar Elman oğlu İsmayılov «Neyron şəbəkələr üçün Hecht-Nielsen teoremi haqqında» mövzusunda məruzə edəcəkdir. Məruzədə neyron şəbəkələr nəzəriyyəsinin ilkin nəticələrindən olan Hecht-Nielsen teoreminə baxılacaq və bu teoremin analoqunun istənilən çoxdəyişənli funksiya üçün doğruluğu göstəriləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]

ELAN

16.03.2022-сi il tarixində saat 12.00-da “Tətbiqi riyaziyyat” və “Dalğa dinamikası” şöbələrinin birgə seminarı  keçiriləcəkdir. Seminarda f-r.e.d. Rəsulova Nazilə “H.A.Raxmatulinin çevik rabitələrə eninə zərbə nəzəriyyəsinin əsasları” mövzusunda çıxış edəcəkdir. Məsələdə bu nəzəriyyənin əsas hərəkət tənliklərinin sonlu yerdəyişmə qeyri-xətti reoloji asılılıq üçün çıxarılışı təqdim edilir və bəzi xüsusi məsələlər həll edilir. Arzu edənlər iştirak edə bilərlər. İclasa […]

“Cəbr və riyazi məntiq” şöbəsinin müdiri f.-r.e.n., dos. Əli Əvəz oğlu Babayev “Nəsirəddin Tusinin riyazi əsərlərinin tədqiqində yeni nəticələr” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Cəbr və riyazi məntiq” şöbəsinin müdiri f.-r.e.n., dos. Əli Əvəz oğlu Babayev “Nəsirəddin Tusinin riyazi əsərlərinin tədqiqində yeni nəticələr” mövzusunda məruzə etdi. Məruzədə Nəsirəddin Tusinin “Evklidin şərhi”, “Tozlu lövhənin köməyi ilə hesab toplusu” və digər riyazi əsərlərində riyaziyyat elminə gətirdiyi yeniliklərdən danışıldı. © Bütün […]

8 Mart – Beynəlxalq Qadınlar Günüdür

Qadınlar bayramı Azərbaycanda geniş qeyd edilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.   Bu gün  Azərbaycan qadınları həyatımızın bütün sahələrində, istər siyasət, istər iqtisadiyyat, istərsə də mədəniyyət sahələrində uğurlu fəaliyyəti zərif cinsin nümayəndələrinin necə böyük bir qüvvəyə sahib olduqlarının təsdiqidir. Qadınlar elm sahəsində aktiv iştirak edir, çalışdıqları […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitunun ED.104 dissertasiya şurasının 04 mart 2022-ci il tarixli (saat 13.00) iclasında Gəncə Dövlət Universitetinin riyazi analiz kafedrasının dosenti, f.-r. e. n. Sabir Qəhrəman oğlu Həsənovun “Kəsr-maksimal, kəsr-inteqral operatorların və onların kommutatorlarının Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu meyarları” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin […]