Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Fizika-riyaziyyat elmləri namizədi, dossent Məhsəti Rüstəmova “Sonuna kütlə bərkidilmiş silindrik torun hərəkəti” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Dalğa dinamikası” şöbəsinin f-r.e.n., dos.  Məhsəti Rüstəmova  “Sonuna kütlə bərkidilmiş silindrik torun hərəkəti” mövzusunda məruzə etdi. İşdə sonuna kütlə bərkidilmiş silindrik torun hərəkəti tədqiq edilmişdir. Müəyyən andan sonra kütlə buraxılmış və torda yayılan dalğalar tədqiq edilmişdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

RMİ-nin elmlər doktoru hazırlığı üzrə dissertantı Mahir Əliqulu oğlu Mehdiyev «İçi boş silindir və onu əhatə edən elastik mühitdən ibarət olan sistemə təsir edən hərəkətli və titrəyişli yükün dinamikası» mövzusunda məruzə edib

09.02.2022-ci il tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında RMİ-nin elmlər doktoru hazırlığı üzrə dissertantı Mahir Əliqulu oğlu Mehdiyev «İçi boş silindir və onu əhatə edən elastik mühitdən ibarət olan sistemə təsir edən hərəkətli və titrəyişli yükün dinamikası» mövzusunda məruzə etmişdir. Məruzə elastik mühitlə əhatə olunmuş içi boş silindrin daxili səthinə təsir edən hərəkətli və […]

“Elm” qəzetinin yeni sayı nəşr olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 2022-ci ildə 4-cü nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirakına dair məlumat yer alıb. Bundan əlavə, AMEA Rəyasət Heyətinin iclası, Akademiyada 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbir, Günəş energetikası üzrə Elmi Şuranın […]

Riyaziyyat və Mexanika İnstitutun əməkdaşları akademik Akif Hacıyevin məzarını ziyarət ediblər

Bu gün 2022-ci il fevralın 3-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları, başda AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru, professor Misir Mərdanovla birlikdə müasir Azərbaycan riyaziyyat məktəbinin banilərindən biri,  əməkdar elm xadimi,  akademik  Akif  Hacıyevin məzarını ziyarət etdilər. Akif Hacıyev 1937-ci il dekabrın 8-də Bakı şəhərində görkəmli tənqidçi, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın ailəsində anadan […]

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər – Arif Həşimov, İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, Tofiq Nağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, İsmayıl Hacıyev, Fuad Əliyev, eləcə də AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya […]

ELAN

16 fevral 2022-ci il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında dosent Bağırov Şirmayıl «Bəzi yarım-xətti elliptik və parabolik tənliklərin sonsuz oblastda qlobal həllinin yoxluğu» mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə sonsuz oblastda ikinci və dördüncü tərtib elliptik, parabolik tənliklər və tənliklər sisteminin qlobal həllərinin yoxluğu məsələsi öyrənilir. Qlobal həllərin yoxluğunu təmin edən […]