Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Yüksək enerjili γ-şüalanma mənbəyi kəşf olunub

Çin alimlərindən ibarət qrup ilk dəfə qalaktikamızda yüksək enerjili kosmik zərrəciklərin mənbəyini kəşf edərək astrofizika sahəsində yeni bir mərhələyə keçid ediblər. Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, müşahidələr Çinin LHAASO (Large High-Altitude Air Shower Observatory) rəsədxanasında aparılıb. Tədqiqat qrupu tərəfindən ulduz əmələgəlmə bölgəsi olan Qu X istiqamətində ən azı 100 ultra-yüksək […]

ELAN

06 mart 2024-cü il tarixində saat 10-00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyev “Diskret Hardi operatorunun çəkili və diskret dəyişən üstlü Lebeq fəzasında məhdudluğu və kompaktlığı haqqında” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzədə diskret Hardi operatoru üçün çəkili və diskret […]

ELAN

Hörmətli həmkarlar ! 7 mart 2024-cü il tarixində saat 11:00–da AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent İradə Mirzəzadənin təşkilatçılığı ilə 8 Mart Qadınlar Gününə həsr olunan  tədbir keçiriləcək. Tədbirdə Azərbaycan kino, teatr və dublyaj aktrisası,televiziya aparıcısı, Azərbaycanın xalq artisti,Azərbaycan Respublikası Prezidentinin fərdi  təqaüdçüsi, dosent Həmidə Ömərova iştirak […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Xocalıda Soyqırımı Memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb” başlıqlı icmal və A.A.Əli Zadənin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yer alıb. Bügünkü sayda AMEA-nın Rəyasət Heyətinin iclası, […]

Riyaziyyat və Mexanika İnstitutunda görkəmli alim Zahid Xəlilovun xatirəsi anılıb

Görkəmli alim Zahid Xəlilovun əziz xatirəsi ona doğma olan uzun illər rəhbərlik etdiyi Riyaziyyat və Mexanika İnstitutunda yad edildi. Yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidməti olan alimin xatirəsinə ehtiram əlaməti olaraq institutda büstu qoyuldu. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Riyaziyyat və Mexanika institutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov çıxış edərək, […]

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib

Fevralın 29-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova, Azərbaycan Ağsaqqallar Şurasının […]