Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram. Öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun təcəssüm etdirir. Onda cəmiyyətin təbiətlə vəhdətinin və insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin […]

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Prezident İlham Əliyevin təbriki – Əziz bacılar və qardaşlar. Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə […]

Dissertasiya şurasınının iclası keçirildi

Azərbaycam Respublikası Elm və Təhsil Nazirliyi  Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasınının 15 mart  2024-cü il tarixli iclasında saat 1400–da Günel Mübariz qızı Eyvazlının “Operator diferensial tənliklər üçün bir sinif sərhəd məsələlərinin həll olunmasının və spektral xassələrinin tədqiqi” mövzusunda […]

Şimal yarımkürəsinə yaz gəlir

Cari ildə Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq. Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edib göy ekvatorunu kəsərək cənub yarımkürəsindən şimalyarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində Yaz fəsli başlayacaq. Qeyd edək ki, şimal yarımkürəsində Yaz fəsli iyun […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Bakıda “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb” başlıqlı icmal yer alıb. İkinci səhifədə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Novruz bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki, Azərbaycan-Türkiyə və Azərbaycan-Kərkük elmi əməkdaşlığı çərçivəsində AMEA prezidentinin keçirdiyi görüşlərə dair xəbərlər dərc edilib. Qəzetdə AMEA prezidentinin […]

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun  professoru  Bəhram Əli oğlu Əliyev martın 15-də 72 yaşında vəfat etmişdir

Əliyev Bəhram Əli oğlu, diferensial-operator tənliklər nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis, 22 may 1952-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Ağtəhlə kəndində anadan olmuş, 1969-cu ildə Ağtəhlə kənd orta məktəbini bitirmişdir. 1969-cu ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1973-cü ildə həmin institutun riyaziyyat fakültəsini bitirmiş, 1973-1974-cü illərdə Ağtəhlə kənd orta məktəbində riyaziyyat müəllimi […]

Faydalı linklər