Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Moskva Dövlət Universitetinin professoru “Lobaçevski Mükafatına” layiq görülüb

Bu günlərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Proceedings” jurnalının redaksiya heyətinin üzvü, Moskva Dövlət Universitetinin professoru İdjat Sabitov riyaziyyat üzrə dünyanın ən nüfuzlu mükafatlarından biri olan “Lobaçevski Mükafatına” layiq görülüb. Professor Sabitovu Azərbaycan Riyaziyyatçıları adından ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və daha böyük uğurlar arzu edirik. Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: […]

Şuşanın Azərbaycanın əbədi və əzəli şəhəri olduğu “Şuşa İli”ndə bir daha dünyaya bəyan ediləcək

Dövlətimizin başçısı İlham Əliyevin ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında imzaladığı müvafiq Sərəncamı xalqımız tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. Belə bir tarixi sənədin sevinclə qarşılanması Qarabağın bu tarixi məkanına olan sevgidən, bu şəhərə müqəddəs münasibətdən irəli gəlib. Bu həssas, bu duyğulu hisslər Şuşa işğaldan azad edilən gün möhtərəm Prezidentimizin xalqımıza çatdırdığı müjdə zamanı […]

Hüseynova Elmira xanımı 55 yaşı münasibətilə təbrik edirik!

Hüseynova Elmira Həsən qızı 09 yanvar 1967-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Ağtəhlə kəndində anadan olmuşdur. 1986-1989 illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun, Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili, fakültəsinin “Iqtisadçı mühasib” ixtisası üzrə təhsil almışdır. 1990-1997-ci illərdə Gürcüstan Respublikasında mühasib kimi çalışmış, 2003-cü ildən bugünə kimi Riyaziyyat və Mexanika İnstitutunda (2003-2014-cü ilə kimi “Funksional analiz” […]

Azərbaycan aliminin monoqrafiyası Amerika Riyaziyyat Cəmiyyəti tərəfindən çap edilmişdir

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri r.e.d. Vüqar İsmayılovun “Ridge functions and applications in neural networks” adlı monoqrafiyası Amerika Riyaziyyat Cəmiyyəti tərəfindən çap edilmişdir. Qeyd etmək lazımdır ki, Amerika Riyaziyyat Cəmiyyəti 1943-cü ildən başlayaraq monoqrafiya seriyasında 265 kitab çap etmişdir və indiyə qədər kitab müəllifləri arasında Zaqafqaziyada, Orta Asiyada və ya hər […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən BFD 3.04 birdəfəlik dissertasiya şurasının 07 yanvar 2022-ci il tarixində saat 14:00-da Gülşən Ağasəf qızı Axundovanın “Qaz-maye mühitinin mexanika metodlarının bəzi gəmiçilik məsələlərinin həllinə tətbiqi” mövzusunda 2003.01-“Maye, qaz və plazma mexanikası” ixtisasında mexanika üzrə fəlsəfə doktoru dissertasiya işinin […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda magistrantların qış imtahan sessiyası başlanılıb

2021/2022-ci tədris ilində “Riyazi analiz”, “Diferensial tənliklər”,  Optimallaşdırma və optimal idarəetmə”,  “Maye, qaz və plazama mexanikası” və “Deformasiya olunan bərk cism mexanikası” ixtisasları üzrə  I kursda təhsil alan 9 magistrant və II kursda təhsil alan 6 magistrant imtahanlara buraxılıb. İnstitutda təhsil alan magistrantların qış imtahan sessiyasına start verilib. 05.01.2022, 06.01.2022 tarixlərində  “Maye, qaz və plazma […]