Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Fizika–Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş ilk onlayn iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş onlayn iclası keçirilib. Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, FRTEB-in elmi müəssisələrinin baş direk­tor­la­rı və icraçı direktorları, elmi katibləri, təhsil, ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr şöbələ­ri­nin rəhbərləri, eyni zamanda mühüm elmi nəticə müəllifləri iştirak ediblər. Öncə AMEA-nın vitse-prezidenti, FRTEB-in […]

“Elm” (“Nauka”) qəzetinin yeni sayında Prezident İlham Əliyevin 60 illik yubileyi ilə bağlı məqalələr yer alıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” (“Nauka”) qəzetinin cari ildə 47-ci nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə 60 illik yubileyi münasibətilə təbriki yer alıb. Bundan əlavə, “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında”, “Doktorantlara, ali təhsil, orta ixtisas […]

ELAN

29.12.2021-сi il tarixində saat 12.00-da “Tətbiqi riyaziyyat” və “Dalğa dinamikası” şöbələrinin birgə seminarı  keçiriləcəkdir. Seminarda f-r.e.d., prof. Cəfər Ağalarov  “Çevik rabitələr” mövzusunda çıxış edəcəkdir. İşdə çevik rabitələrdə zərbə məsələlərinə baxılır. Nöqtəyə zərbə bərk cismə zərbə Arzu edənlər iştirak edə bilərlər. İclasa qoşulmaq üçün https://us05web.zoom.us/j/4420396236?pwd=ZG1vblIwSGI3cWF1ZUVZbjFiUkJ6UT09 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Bu gün Prezidentin 60 yaşı tamam olur

Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 60 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına […]

Alimlər tərəfindən hazırlanmış yeni vaksin qocalıq prosesini işə salan hüceyrələri məhv edir

Yaponiyalı alimlər qocalan hüceyrələrlə mübarizə məsələsində ciddi nailiyyətə sahib olublar. Belə ki, onlar qocalan hüceyrələri  məhv etməyi bacaran xüsusi vaksin hazırlaya biliblər. Məlumatda qeyd edilib ki, alimlər tərəfindən hazırlanmış vaksin arterial sərtlik, şəkərli diabet və orqanizmin qocalması ilə əlaqəli olan digər xəstəliklərin müalicəsində istifadə oluna bilər. Bölünmə bacarığından məhrum olmuş hüceyrələr qocalan hüceyrələr hesab edilir. Bu cür hüceyrələr yaxınlıqda olan sağlam […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib

Bu gün  AMEA Riyaziyyat və  Mexanika  İnstitutunda Ümuminstitut seminarı keçirilib.  Seminarda  AMEA-nın həqiqi üzvü professor Asəf Hacıyev “Dahi Kolmoqorovla bağlı müxtəlif maraqlı hadisələr və əhvəlatlar” adlı məruzə  ilə çıxış edib. Alim məruzədə  A.N Kolmoqorovun həyat və yaradıcılığından söhbət açıb. Qeyd edib ki, alimin riyaziyyatın metodologiyasına və tarixinə, onun tədrisi nəzəriyyəsi və praktikasına əvəzolunmaz bir  töhvə […]