Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 34-cü nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri yer alıb. Nəşrin növbəti səhifələrində AMEA Rəyasət Heyətinin iclası, AMEA ilə Qırğız-Türk Manas Universiteti arasında əməkdaşlığa dair imzalanmış saziş, “Nizami Gəncəvi irsi və təbiət” […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

8 oktyabr 2021-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasda Natəvan Əmrah qızı Mustafayevanın “Bəzi qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin   sonsuzluqdan qlobal bifurkasiyası”  mövzusunda 1202.01 – Analiz və funksional analiz  ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi rəhbəri […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 11 oktyabr 2021-ci il tarixli iclasında  saat 1200-da f-r.e.n. Sarvan Təhməz oğlu Hüseynovun “İkinci tərtib cırlaşan elliptik və parabolik tənliklərin həllərinin keyfiyyət xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. İclasa […]

Professor Nihan Əlipənah oğlu Əliyev “Yeni törəmə, inteqral anlayışları və onların bəzi xassələri” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Bakı Dövlət Universittetinin professoru Nihan Əlipənah oğlu Əliyev “Yeni törəmə, inteqral anlayışları və onların bəzi xassələri”mövzusunda məruzə edib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Araz Vadisi İqtisadi Zonası” Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının inkişafında mühüm rol oynayacaq

Vətən müharibəsi möhtəşəm qələbəmizlə başa çatandan dərhal sonra düşməndən təmizlənən ərazilərimizin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlərə başlanıldı. Həmin torpaqların zəngin iqtisadi potensialından və geniş turizm imkanlarından səmərəli istifadə etməklə nəzərdə tutulan bütün layihələrin vahid proqram əsasında icrası üçün o ərazilərin iqtisadi rayonlar üzrə bölgüsünə […]

ELAN

6 sentyabr 2021-ci il tarixində saat 1000-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında Bakı Dövlət Universitetinin professoru Nihan Əlipənah oğlu Əliyev “Yeni törəmə, inteqral anlayışları və onların bəzi xassələri” mövzusunda məruzə ilə çıxış edəcək. İclasa qoşulmaq üçün https://us04web.zoom.us/j/4150128029?pwd=YmxoSXN1eGVFeWJGTjliZGRybG5Fdz09 Meeting ID: 415 012 8029 Parol: amea2021 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.