Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Böyük zəfərin başlandığı gün

Ölkəmizin şanlı tarixində silinməz izlər buraxan 27 sentyabr təqvimlərdə bu günü ədəbi olaraq müqəddəsləşdirdi. Bu tarix 28 ildir torpaqlarımızı işğal altında saxlayan Ermənistan Silahı Qüvvələrinin darmadağın edilməsi ilə şanlı qələbəmizin əsasını qoydu. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən geri çəkilməyə məcbur olmuş, işğal etdiyi torpaqları böyük itkilər hesabına boşaltmışdır. Şanlı Azərbaycan əsgərləri azad […]

Azərbaycanda Anım Günüdür

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlər keçiriləcək. Təşkilat Komitəsindən verilən məlumata […]

ELAN

27 sentyabr Anım Günü saat 1100-da Riyaziyyat və Mexanika İnstitutunda  Vətən Müharibəsi şəhidlərinin xatiəsinə hasr olunmuş tədbir keçiriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 24 sentyabr 2021-ci il tarixli iclasında saat 1400–da Azad Məmməd oğlu Bayramovun “Şturm-Liuvill tipli operatorların məxsusi  ədədlərinin asimptotikası və izlərinin tədqiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi keçirildi. […]

AMEA-nın doktoranturasına qəbul imtahanları keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin 1 sentyabr 2021-ci il tarixli “Qəbul imtahanlarının keçirilməsi haqqında” sərəncamına əsasən, AMEA-da fəlsəfə və ixtisas fənni üzrə qəbul imtahanları təşkil edilib. 10 sentyabr 2021-ci il tarixində keçirilən fəlsəfə imtahanında Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş xarici dil imtahanında müvəffəqiyyət qazanmış iddiaçılar iştirak ediblər. Fəlsəfə fənni üzrə imtahan verən və uğurlu nəticə əldə edən 62 […]

Qarabağın sürətli bərpası Azərbaycan Prezidentinin möhkəm iradəsini və qurub-yaratmaq əzmini nümayiş etdirir

Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayişi etdirdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzaladıqları gün dövlətimizin […]