Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları Şamaxıda unudulmaz istirahət günü keçiriblər

28 sentyabr 2025-ci il tarixində Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri tərəfindən əməkdaşlar üçün təşkil olunan bir günlük Şamaxı səfəri uğurla həyata keçirilib. İnstitutun 27 nəfər əməkdaşı Azərbaycanın ən gözəl təbiət guşələrindən biri sayılan Şamaxıda — Abqora və Məlhəm istirahət mərkəzlərində dincəlmək və rahat istirahət etmək imkanı əldə ediblər. İnstitut əməkdaşları bölgənin görməli yerləri […]

Azərbaycan riyaziyyatçıları -Məhəmməd Quliyev

Quliyev Məhəmməd Əhməd oğlu, diferensial tənliklər sahəsində mütəxəssis, 1943-cü il sentyabrın 27-də anadan olmuşdur. 1960-cı ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1965-ci ildə həmin fakültəni bitirmişdir. 1967-1970-ci illərdə AEA Kibernetika İnstitutunun əyani aspirantı olmuş, 1973-cü ildə namizədlik, 2006-cı ildə doktorluq dissertasiyası müdafiə etmiş, 2008-ci ildə professor elmi adını almışdır. 1974-cü ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsində elmi-pedaqoji […]

27 Sentyabr – Anım Günü

27 Sentyabr – Vətən müharibəsinin başlandığı və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin anıldığı gündür. Bu gün Azərbaycan xalqı həm hüznü, həm də qüruru eyni anda yaşayır. Anım Günü, bir millətin iradəsini, birliyini və torpaq sevgisini əks etdirən mühüm tarixdir. Qəhrəmanlarımızın fədakarlığı heç vaxt unudulmayacaq, onların ruhu daim qəlbimizdə yaşayacaq. © Bütün hüquqlar qorunur. […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb. Bu sayın ön səhifəsində “Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva BMT-nin Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən tədbirdə iştirak ediblər” başlıqlı icmal təqdim edilib. Bugünkü buraxılışın ilk səhifələrində “Böyük zəfərə aparan yolun 5 ili” rubrikalı 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir, 3-cü Nəsimi […]

Azərbaycan riyaziyyatçıları- Vüqar İsmayılov

İsmayılov Vüqar Elman oğlu, funksiyalar nəzəriyyəsi sahəsində mütəxəssis, 26 sentyabr 1971-ci ildə Salyan şəhərində anadan olub. 1978-ci ildə Bakı şəhəri 104 saylı orta məktəbə gedib, 1988-ci ildə həmin məktəbi bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1993-cü ildə həmin fakültəni bitirmişdir. 1993-1995-ci illərdə Bakı şəhəri 179 saylı orta məktəbində riyaziyyat müəllimi kimi […]

Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə başlayıb

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçirilir. 24-25 sentyabr tarixlərini əhatə edən Sammit bu il “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunub. Sammitdə 300-dən çox iştirakçı, 150-dən artıq müəssisə və 20-dən artıq […]

Faydalı linklər