Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

21 fevral 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Ümuminstitut seminarda akademik Yusif Məmmədov “Akademik M.L.Rəsulovun çıxıqlar üsulu və onun tətbiq sahələri haqqında ” mövzusu ilə məruzə edəcək. Məruzədə çıxıqlar üsulu, onun digər üsullarla müqayisəli təhlili, tətbiq olunduğu və oluna biləcəyi məsələlər haqqında […]

Sibir genetikləri irsi xəstəlikləri öyrənmək üçün süni toxumalar yetişdiriblər

Sibir genetikləri insan beyin toxumasını tamamilə təkrarlayan süni toxumalar yetişdiriblər. Bu araşdırma rusiyalı alimlərə beyin fəaliyyətindəki anormallıqları, o cümlədən irsi səbəbdən qaynaqlanan xəstəlikləri daha yaxşı başa düşməyə imkan verəcək. Rusiya Elmlər Akademiyasının Sitologiya və Genetika İnstitutunun alimi T.Şnayder izah edib ki, tədqiqatçıların diqqəti HAR elementlərinin (genomun bölgəsi) öyrənilməsinə yönəlib. Artıq aydındır ki, təkamül zamanı genomun […]

ELAN

14 fevral 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Ümuminstitut seminarda riyaziyyat elmləri doktoru, professor Araz Əliyev “İki  sinif  dörttərtibli opeator diferensial  tənliklərin hamar həlləri haqqında” mövzusu ilə məruzə edəcək. İşdə bütün oxda baş hissəsi təkrarlanan xarakteristikaya malik iki sinif dördtərtibli operator-diferensial tənliklər öyrənilir. Bu […]

Fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür

Fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür. Bu günün qeyd olunmasında məqsəd qadınların və qızların elm və texnologiyadakı rolunun vacibliyini göstərməkdir. Bu əlamətdar gün 2024-cü ildə “Elmdə qadınların və qızların liderliyi, davamlılıq üçün yeni dövr” mövzusuna və “Elmi düşün… Sülhü düşün” altmövzusuna həsr olunub. “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü BMT Baş Assambleyasının 2015-ci […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “İlham Əliyev seçicilərin 92,05 faizinin səsini qazanaraq seçkilərin qalibi olub” xəbəri yer alıb. Nəşrin ikinci səhifəsində “Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər” başlıqlı xəbər, eləcə də AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin, AMEA-nın vitse-prezidentləri akademik Rasim Əliquliyev […]

Avropa Birliyi dövlətləri süni zəkanın tənzimlənməsi qanununu təsdiqləyiblər

Avropa Birliyinə daxil olan 28 ölkədən 27-nin nümayəndələri süni zəka texnologiyalarının tənzimlənməsinə hədəflənmiş qanun layihəsinin final versiyasını təsdiqləyiblər. Sözügedən qanun layihəsinin final versiyasının təsdiqlənməsinə dair səsvermə Avropa Şurasının Daimi Nümayəndələr Komitəsi çərçivəsində keçirilib. Avropa Komissiyası AI Act adlı qanun layihəsini 2021-ci ildən hazırlayır. Bu qanun layihəsi süni zəka texnologiyalarının vətəndaşların sosial reytinqlərində istifadələrini qadağan edir və […]