Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu ED 1.04  dissertasiya şurasının nəzdindəki 1202.01 – Analiz və funksional analiz ixtisasında elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 25 iyun 2023-cü il tarixli iclasında saat 11:00-da Rza İbrahim oğlu Ələsgərovun “Bir sinif diskret Dirak operatoru üçün spektral analizin tərs məsələsi və onun […]

ELAN

AR ETN Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 23 iyun 2023-ci il tarixli iclasında saat 1400-da Günel Mirbala qızı Qasımovanın “Elliptik tip operator-diferensial tənliklərin həll olunma məsələlərinin tədqiqi” mövzusunda 1202.01 – Analiz və funksional analiz ixtisasında […]

ELAN

Hörmətli həmkarlar! 23 iyun 2023-cü il tarixində saat 15:00–da ADA Univeresitetində keçiriləcək Qlobal Perspektivlər Mühazirələr Silsiləsi çərçivəsində Harvard Universitetinin cəbr həndəsəsi, diferensial həndəsə və sim nəzəriyyəsinin riyaziyyatı üzrə ixtisaslaşmış riyaziyyatçı, professor Artan Sheshmani “Əlaqələr və deformasiyalar: Cəbri və həndəsi topoloji supersimlər nəzəriyyəsi və süni intellektdən” mühazirə aparacaq. Arzu edənlər iştirak edə bilər. © Bütün hüquqlar […]

Elm sahəsində ilkə imza atıldı

İlk dəfə olaraq Azərbaycanın özəl və dövlət ali təhsil müəssisələri, eləcə də bütün elmi-tədqiqat institutları üçün dünyanın ən böyük elmmetrik bazası olan “Scopus”a çıxış imkanı təmin ediləcək. Bu məqsədlə iyunun 14-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə “Elsevier” şirkəti arasında müqavilə imzalanıb. İmzalanma mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev, “Elsevier” şirkətinin regional direktoru […]

“15 İyun – Milli Qurtuluş Günü 30 il”

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu əlamətdar gündən ötən 30 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider […]

TÜRK DÜNYASINDA ELMİ NECƏ İNKİŞAF ETDİRMƏLİ? – Əziz Sancarın qızıldan qiymətli 10 tövsiyəsi

“Türk Dünyasına vəfa və sevgi borcu olmayan bir türk yaxşı alim ola bilməz” Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyi rektorlarının 6-7 iyun 2023-cü il tarixlərində Səmərqənddə Özbəkistan İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universiteti, Türk Universitetlər Birliyinə hazırda sədrlik edən Azərbaycan Dövlət İqtisad Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universiteti ilə birgə xüsusi toplantısı keçirilib. […]

Faydalı linklər