09/06/2023
Kakao və buna bənzər qidaların tərkibindəki flavonoidlərin antioksidant komponentlərinin beyində yaddaş funksiyalarını yaxşılaşdırdığı və yaşa bağlı zehni geriləməni azaltdığı müəyyən edildi. “Tech Explorist”də çıxan məqaləyə görə, Kolumbiya Universitetində flavonoid istehlakı ilə yaddaş arasındakı əlaqə araşdırılıb. Tədqiqatda 3500 subyektə 3 il ərzində gündə 500 milliqram flavonoid həb və ya plasebo verilib. Bitki və meyvələrə rəng verən […]
08/06/2023
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 16 iyun 2023-cü il tarixli iclasında saat 1400-da Günel Razim qızı Hacıyevanın “2m tərtib Dirak operatorunun məxsusi və qoşulmuş vektor funksiyaları üzrə spektralın ayrılışın […]
08/06/2023
08 iyun tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitutunda “Riyazi analiz”, “Riyazi fizika”, ixtisasları üzrə magistr pilləsində təhsil alan I kurs tələbələri üçün “Hamar çoxobrazlılar nəzəriyyəsi” fənnindən imtahan keçirilib. Keçirilmiş imtahan uğurla başa çatıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
07/06/2023
7 iyun 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitunda növbəti Ümuminstitut seminarı keçirildi. RMİ-nin ümuminstitut seminarında İnstitutun “Tətbiqi riyaziyyat” şöbəsinin müdiri m.e.d. Elxan Abbasov “Mayenin içərisində hərəkət edən cismə müqavimət qüvvəsinin müəyyənləşdirilməsi” mövzusunda məruzə edib. Məruzədə mayenin içərisində hərəkət edən cismə təsir edən müqavimət qüvvəsi sürətin kəsr tərtibli inteqralı ilə müəyyən edildi və […]
07/06/2023
Alp Arslan Səlcuqlu Türkləri Türk-İslam tarixinə dörd böyük imperator (Toğrul Bəy, Alp Arslan, Məlikşah və Sultan Səncər) bəxş etmişlər ki, bunlardan biri də dünya tarixində dönüş yaradan, sağlığında belə “Cahan Sultanı”, “Fatehlər Atası”, “Adil Sultan” adlandırılan, “Malazgirt qəhrəmanı” Alp Arslandır… Alp Arslanın doğum tarixi müxtəlif mənbələrdə 1029-1032-ci illər arasında götürülür. Böyük Səlcuq dövlətinin qurucularından olan […]
05/06/2023
Sən demə, ayaq izimiz və nəfəsimiz… Florida Universitetinin alimləri aşkar ediblər ki, DNT nümunələri insanın çimdiyi su, havada qalan nəfəsi, hətta qumun üzərindəku ayaq izindən belə götürülə bilər. “Nature Ecology & Evolution” elmi jurnalında dərc edilən araşdırmaya görə, alimlər bu nəticəyə nəsli kəsilməkdə olan dəniz tısbağalarının genetik əcdadlarını müəyyən edərkən gəliblər. Belə ki, qumdan DNT nümunələrini toplayan tədqiqatçılar əldə etdikləri nəticələrin […]