09/05/2023
Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyev və “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, dosent Mehriban Ömərovanın həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Bulletin of Mathematical Sciences” (https://www.worldscientific.com/worldscinet/bms) (WoS, IF-1.485) Q1 yüksək impakt faktorlu jurnalda dərc edilib. “Kalderon-Ziqmund operatorları və onların ümumiləşmiş çəkili Orlicz-Morrey fəzalarında kommutatorları” adlı məqalədə […]
09/05/2023
Mayın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər. İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib. Tədbirdə müzakirəyə çıxarılan ilk məsələ Ümummilli […]
09/05/2023
Bu gün faşizm üzərində qələbənin 78 ili tamam olur. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman feldmarşalı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzalayıb, bununla da İkinci Dünya müharibəsində faşizm üzərində qələbə qazanılıb. Qələbə Günü postsovet ölkələri və İkinci Dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. İkinci Dünya müharibəsində faşizmə qarşı 600 mindən çox […]
08/05/2023
Hörmətli həmkarlar! RMİ-nun “Qeyri harmonik analiz” şöbəsinin böyük elmi işçisi, r.ü.f.d Hüseynli Əli Abbas oğlunun 10 may 2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan seminar 17 may 2023-cü il tarixinə keçirilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
08/05/2023
Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə kitab çapdan çıxdı.. Bu kitab xalqımızın böyük oğlu, xilaskarı və Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı, milli siyasi sistemin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi Ulu öndər Heydər Əliyevin qəhrəmanlıqlarla və mübarizələrlə dolu ömrünə həsr edilir. Kitabda tariximizdə Heydər Əliyev erasını yaratmış Ulu öndərin fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası […]
08/05/2023
Pentaqonun süni zəka texnologiyaları üzrə şöbəsinin rəhbəri olan Craig Martell bildirib ki, generativ süni zəka sistemləri dezinformasiya üçün ideal alət ola bilərlər. Ondan generativ süni zəka sistemləri barəsində fikirləri soruşan zaman Craig Martell məhz bu cür cavab verib. “Bəli, mən həqiqətən də qorxuram. Bu mənim fikrimdir”. Martell qeyd edib ki, ChatGPT kimi süni zəka sistemləri real problemlərin yaranmasına səbəb olurlar. Çünki bu cür […]