17/09/2025
Salayev Valeri Valayeviç, fizika-riyaziyyat elmləri doktoru, professor, sinqulyar operatorlar nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis. 1939-cu il sentyabrın 17-də Bakıda anadan olmuş, orta təhsilini 1946-1956-cı illərdə 169 nömrəli orta məktəbdə almış, 1962-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib riyaziyyatçı ixtisasına yiyələnmişdir. 1964-cü ildə orada dissertant olmuş, 1967-ci ildə professor Arif Babayevin rəhbərliyi ilə ADU-da […]
17/09/2025
Ağayev Həşim Nizam oğlu 1916-cı ildə Lənkəran rayonunda anadan olmuş, 1941-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, 1943-cü ildən SSRİ Elmlər Akademiyası Azərbaycan filialının fizika sektorunda əmək fəaliyyətinə başlamışdır. 1947-ci ildə akademik Zahid Xəlilovun rəhbərliyi ilə xüsusi törəməli diferensial tənliklər sahəsində namizədlik dissertasiyası müdafiə etmişdir. 1948-ci ildən 1954-cü ilə qədər Azərbaycan Elmlər […]
17/09/2025
Allahverdiyev Cəlal Eyvaz oğlu, operatorların spektral nəzəriyyəsi sahəsində görkəmli mütəxəssis, 1929-cu ildə Şuşa şəhərində anadan olmuş, 1946-cı ildə ADU-nun Fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1951-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. O, həmin il Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olmuşdur. 1957-ci ildə akademik M.V.Keldışın rəhbərliyi altında “01.01.01” ixtisası üzrə “Bəzi öz-özünə qoşma olmayan […]
17/09/2025
2025-ci il sentyabrın 17-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şuranın növbəti iclası keçirilib. İclasda institut əməkdaşlarının elmi ezamiyyətlərinə dair hesabatlar dinlənilib və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli sərəncamına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul məsələsi müzakirə olunub. İclasa İnstitutun baş direktoru,AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov sədrlik edib.İlk olaraq […]
17/09/2025
17 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə institutun rəhbərliyi, əməkdaşları və dəvət olunmuş qonaqlar iştirak ediblər. Tədbir Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Riyaziyyat […]
17/09/2025
Bu gün dünya şöhrətli alman riyaziyyatçısı, mexanik və fiziki, Berlin və Paris Elmlər Akademiyalarının, London Kral Cəmiyyətinin üzvü Georq Rimanın doğum günüdür. Riman 17 sentyabr 1826-cı ildə Almaniyada yoxsul ruhani ailəsində dünyaya gəlmişdir. O, yalnız 14 yaşında məktəbə gedə bilmiş, anası Şarlotta Ebbel Riman hələ məktəbdə oxuyarkən vərəm xəstəliyindən vəfat etmişdi. Onun riyazi qabiliyyəti gənc […]