Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Nobel Sülh mükafatının laureatı məlum oldu

Bu gün Nobel Sülh mükafatının laureatı məlum olub. Moderator.az xəbər verir ki, bu barədə “Nobelprize.org” məlumat yayıb. Bildirilib ki, Venesuela müxalifət lideri Maria Korina Maçado ölkədə demokratiyanın qorunmasındakı fəaliyyəti və sülh tərəfdarı mövqeyi ilə 2025-ci ilin Nobel Sülh Mükafatına layiq görülüb moderator.az

ELAN

15.10.2025-ci il tarixdə saat 10:00-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda fizika-riyaziyyat elmləri doktoru, professor Heybətqulu Mustafayev “Topoloji gruplarda verilmiş ölçülər ardıcıllığının yığılması haqqında bəzi nəticələr” mövzusunda məruzə edəcəkdir. Seminarda  lokal kompakt qruplar üzərində təyin edilmiş ölçülərin iterasiyalarının asimptotik xassələrindən bəhs edilecəkdir. Məruzədə həmçinin bu sahədə aparılmış tədqiqatların tarixi […]

Azərbaycan riyaziyyatçıları – Anar Dosiyev

Dosiyev Anar Adıgözəl oğlu, Banax və topoloji cəbrlər, operator cəbrləri sahəsində tanınmış mütəxəssis, 10 oktyabr 1972-ci ildə Bakıda anadan olmuş, 1989-cu ildə Xətai rayonu 254 saylı orta məktəbi bitirmiş, 1989-1991- ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində, 1991-1993-cü illərdə Novosibirsk Dövlət Universitetinin riyaziyyat fakültəsində, 1994-1995-ci illərdə yenidən Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində, 1995-1998-ci illərdə AMEA […]

Azərbaycan riyaziyyatçıları- Yəhya Məmmədov

Məmmədov Yəhya Cəfər oğlu, qeyri-xətti analiz və hesablama riyaziyyatı sahəsində tanınmış alim. 10 oktyabr 1930-cu ildə Nахçıvаn şəhərində аnаdаn оlmuşdur. 1937-1947-ci illərdə Naxçıvan şəhər orta məktəbində təhsil almışdır. Həmin il Naxçıvan Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub, 1949-cu ildə həmin institutu bitirmişdir. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olub, 1954-cü ildə həmin fаkültənin […]

İlk dəfə Azərbaycanın 4 universiteti “Times Higher Education” qlobal reytinqində

Ölkə tarixində ilk dəfə 4 universitetimiz “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən dərc olunan “Dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə (World University Rankings2026) daxil olub. Xatırladaq ki, ötən il yalnız 2 universitetimiz bu siyahıda yer alıb, 2020-ci ildə isə universitetlərimiz ümumiyyətlə THE qlobal reytinqində təmsil olunmayıb. 2 universitetimiz mövqeyini ötən ilə nisbətən gücləndirib, digər 2 […]

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub

Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb. Laszlo Krasznahorkai sözügedən sahə üzrə 2025-ci ilin laureatı elan edilib. Bu mükafat ona apokaliptik qorxu fonunda incəsənətin gücünü təsdiqləyən, təsirli və vizioner yaradıcılığına görə verilib. Müasir macar yazıçısı və ssenaristi, dünya ədəbiyyatında postmodern üslubun ən mühüm nümayəndələrindən biri Laszlo Krasznahorkai 1954-cü ildə Macarıstanda dünyaya gəlib. Əvvəl hüquq ixtisası […]

Faydalı linklər