13/02/2023
Bəşəriyyət tarixində yetişmiş elm dahilərindən biri olan Yunq İngiltərənin kiçik Milverton şəhərində anadan olub. Onun yaradıcılığı da kiçik yaşından elm aləminə irəliləməsi kimi təəccüblüdür… İlk yaşında cəld oxumağı bacaran Yunq, dörd yaşında ikən bir çox ingilis yazıçılarının əsərlərini və latın dilində olan bəzi şeirləri əzbərdən bilirmiş. 6 yaşında ədəbiyyat oxumuş, 8 yaşında isə yer ölçmə […]
13/02/2023
22 fevral 2023-ci il tarixində saat 10:00-da Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək. Ümuminstitut seminarında RMİ-nin “Cəbr və Riyazi məntiq” şöbəsinin aparıcı elmi işçisi Məmmədov Eminağa “Banax funksional və Banax–Sobolev fəzalari ilə bağli struktur teoremlər və bəzi klassik teoremlərin analoqlari” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə Banax funksional fəzaları, onların xüsusi tip altfəzaları, müəyyən hallarda belə […]
11/02/2023
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı nəşr edilib. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət etməsi və çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verməsinə dair məlumat yer alıb. Bundan əlavə, Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə göndərilən humanitar yardım, akademik […]
10/02/2023
Həkimlərin söylədikərinə görə insan orqanizmi üçün çətin aylardan biri, hətta ilin ən ağır ayı fevraldır. Bu ayda insanlar daha çox fizioloji və psixi problemlərə məruz qalır. Həkim endokrinoloq Nataliya Kirdyankina heç də asan olmayan bu ayı necə fəsadsız başa vurmaq barədə məlumat verib. “Fevral qışın son ayı olduğu üçün ilin digər aylarına nisbətən daha ağır […]
10/02/2023
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Fevralın 8-də Elmi-Tədqiqat İnstitutunda baş tutan imzalanma mərasimində ETİ-nin direktoru, professor Mürsəl Əliyev, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və hər iki tərəfin məsul işçiləri iştirak ediblər. […]
09/02/2023
Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz mexanikası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahovun və dosent Eldar Abbasovun, prof. Əzizağa Şahverdiyev və Dr. Renqi Jiang ilə həmmüəllifləri olduğu “High efficiency in-situ CO2 generation technology: the method for improving oil recovery factor” məqaləsi 1.695 impakt faktorlu «Clarivate Analytics» Q2 kateqoriyalı “Petroleum Science and Technology” jurnalında çap […]